Dünya
Pleyeri seçin:
Netanyahunun bu açıqlaması qalmaqal yaratdı | Rəfahda ölənlərin heç biri...
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Konqresindəki çıxışında Rəfahda heç bir mülki vətəndaşın ölmədiyini iddia edib.
B.Netanyahunun bu çıxışına konqres üzvləri alqışlarla dəstək veriblər. Lakin fələstinəsilli Nümayəndələr Palatasının üzvü Raşida Tlaib “Müharibə cinayətkarı” pankartı açıb.
Raşida Tlaibin bu hərəkəti dünya mətbuatında gündəm olub. ABŞ Konqresinin fələstinəsilli yeganə üzvü Raşida Tlaib B.Netanyahunun çıxışı boyunca əlində “Müharibə cinayətkarı” yazılmış pankartı saxlayıb.
Konqresə qonaq kimi qatılan bir qadının köynəyinə “Sazişi indi imzala” yazılması da diqqət çəkib. Qeyd edək ki, B.Netanyahu ABŞ Konqresinin liderlərinin dəvəti ilə Konqresin birgə iclasında təxminən 1 saata yaxın çıxış edib.
Kopyalandı
Seçilmişlər