Pleyeri seçin:

Netanyahuya ittiham | Hansı ölkələr Fələstinin müstəqilliyini tanıdı?

22 may 2024 611 baxış

3 dövlət Fələstinin müstəqilliyini tanıyıb. Norveçin ardınca İspaniya və İrlandiya da Fələstin dövlətinin tanınması barəsində razılığa gəlib.

Adıçəkilən ölkələrin baş nazirləri birgə çıxış edərək sözügedən məsələ ilə bağlı həmrəy olduqlarını açıqlayıblar. İrlandiyanın Baş naziri Saymon Harris mayın 22-də İrlandiya, Norveç və İspaniyanın Fələstini dövlət kimi tanıdığını bildirib.

“Biz istənilən addımın atılmasına razıyıq və mən əminəm ki, qarşıdan gələn həftələrdə bu mühüm qərarın qəbul edilməsində başqa ölkələr də bizimlə həmrəy olacaqlar. Bu gün İrlandiya və Fələstin üçün tarixi və mühüm bir gündür. 1919-cu il yanvarın 21-də İrlandiya dünyadan müstəqil dövlət olmaq hüququmuzun tanınması üçün çağırış etdi. Dünya xalqlarına mesajımız müstəqilliyimizin beynəlxalq səviyyədə tanınmasından ibarət idi. Biz həmçinin fərqli milli kimliyimizin, tarixi mübarizəmizin vacibliyini vurğulayırdıq. Bu gün biz Fələstinin dövlət kimi tanınmasını dəstəkləmək üçün eyni üsuldan istifadə edirik. Biz bunu beynəlxalq hüququn əsas prinsipləri kimi azadlıq və ədalətə inandığımız üçün edirik”, – nazir əlavə edib.

Fələstin dövlətinin tanınması məsələsinə İsraildən reaksiya gecikməyib. Ölkənin xarici işlər naziri İsrael Katz sosial media hesabında bildirib ki, Norveç və İrlandiyadakı səfirlər artıq məsləhətləşmələr üçün geri çağırılıb. Qeyd edilib ki, İsrail onun suverenliyinə xələl gətirən və təhlükəsizliyini təhlükə altına alanlar qarşısında səssiz qalmayacaq.

Seutadakı miqrant böhranı Avropada təhlükəsizlik narahatlığını yenidən artırdı - Baku TV CANLI

Seutadakı miqrant böhranı Avropada təhlükəsizlik narahatlığını yenidən artırdı - Baku TV CANLI

Dünya
01 avqust 2026 611 baxış
Avropa Komandanlığı Pentaqonu əlavə hərbi qüvvələr ayırmağa çağırdı - Baku TV CANLI

Avropa Komandanlığı Pentaqonu əlavə hərbi qüvvələr ayırmağa çağırdı - Baku TV CANLI

Dünya
01 avqust 2026 611 baxış
Rusiyanın zərbələri diplomatik obyektə çatdı | Moskvanın nümayəndəsi XİN-ə çağırılır - ANA XƏBƏR

Rusiyanın zərbələri diplomatik obyektə çatdı | Moskvanın nümayəndəsi XİN-ə çağırılır - ANA XƏBƏR

Dünya
01 avqust 2026 611 baxış
Seuta anklavından miqrantlar Mərakeşə qaytarılıb

Seuta anklavından miqrantlar Mərakeşə qaytarılıb

Dünya
01 avqust 2026 611 baxış
Toz, səs-küy və xəstəlik: Karxanaların yaratdığı böyük təhlükə - AKTUAL GÜNDƏM

Toz, səs-küy və xəstəlik: Karxanaların yaratdığı böyük təhlükə - AKTUAL GÜNDƏM

Dünya
01 avqust 2026 611 baxış
İsrail qırıcılarının hücumu Qəzzada tibb infrastrukturuna ağır zərbə vurdu - Baku TV CANLI

İsrail qırıcılarının hücumu Qəzzada tibb infrastrukturuna ağır zərbə vurdu - Baku TV CANLI

Dünya
01 avqust 2026 611 baxış
Hörmüz boğazında tanker insidenti qlobal enerji bazarlarını yenidən silkələdi - Baku TV CANLI

Hörmüz boğazında tanker insidenti qlobal enerji bazarlarını yenidən silkələdi - Baku TV CANLI

Dünya
01 avqust 2026 611 baxış
Vaşinqton hərbi ehtiyatların bərpası üçün milyardlarla dollar əlavə vəsait istəyir - Baku TV CANLI

Vaşinqton hərbi ehtiyatların bərpası üçün milyardlarla dollar əlavə vəsait istəyir - Baku TV CANLI

Dünya
01 avqust 2026 611 baxış
Cəmiyyətlərin birləşməsi prosesi sürətləndirən başlıca amil olub

Cəmiyyətlərin birləşməsi prosesi sürətləndirən başlıca amil olub

Dünya
01 avqust 2026 611 baxış
BMT Qəzza ilə bağlı yol xəritəsinin icrasını istəyir

BMT Qəzza ilə bağlı yol xəritəsinin icrasını istəyir

Dünya
01 avqust 2026 611 baxış
Seçilmişlər
icon