Pleyeri seçin:

Niyə bəziləri Fransiskə "antixrist" deyirdi?

22 aprel 2025 468 baxış

Roma Papası Fransisk vəfat etdi. Bəs onun Vatikana liderliyi nə ilə yadda qaldı? Yaxud o, özündən sonra nə miras qoydu?

“Politico”da paylaşılan yazıda onun özündən sonra mürəkkəb irs saxladığı qeyd olunub.

Ölümündən bir neçə həftə əvvəl Fransiskin fəaliyyəti mühafizəkarların hiddətinə səbəb olurdu. O, ABŞ-nin yeni administrasiyasını sərt tənqid edirdi.

Mühakimələr miqrantların deportasiyası ilə başladı. Müqəddəs Taxt-Tacın mərhum başçısı Ukrayna ilə bağlı sülh çağırışları ilə də populyar idi. O, Çində dini azlıqların təzyiqlərə məruz qalmasını da qınayırdı, İsrailin Qəzzadakı hərbi əməliyyatlarını da mühakimə edirdi.

Fransiskin Vatikana rəhbərliyi siyasi vəziyyətlə bağlı çıxışları ilə məhdudlaşmırdı. Roma Papasının nə edəcəyini kardinallar da dəqiq bilmirdilər. Çünki o, fikrini tez-tez dəyişirdi. Bu, ən çox mediaya informasiya sızması zamanı baş verirdi.

Ona qarşı formalaşan müxalifətin lideri isə kardinal Raymond Berk idi. Raymond Berk ilə Fransisk arasındakı ən ciddi konfliktlərdən biri Malta Ordeni tərəfindən Myanmaya prezervativ daşınmasına görə düşmüşdü.

“Politico”dakı məqalədə qeyd olunub ki, Fransisk strateq idi və rəqiblərini bir-biri ilə kəllə-kəlləyə gətirməyi bacarırdı. Hətta onu “Antixrist” ‒ İsa Məsihə qarşı çıxan da adlandıranlar olub.

Vatikanın büdcəsindən pulların silinməsi də qalmaqal idi. 2017-ci ildə əsas auditorun işdən uzaqlaşdırılması bu şübhələri artırdı. Keçmiş kardinal Ancelo Beççiunun həbs qərarı kilsədaxili mübahisələri bir az da qabartdı. Onun cinsi istismarda ittiham olunan dostlarını müdafiə etməsi də müəyyən suallar doğururdu.

Məqalənin sonunda qeyd olunub ki, Fransisk kilsədə islahatlar aparmaq əvəzinə, özündən sonra xaos qoydu. Onu əvəzləyənlər hörümçək toruna düşmüş halda olacaqlar. Çünki mühafizəkarlar belə desək, “bıçaqlarını itiləyib gözləyirlər”.

Qeyd edək ki, bütün ittihamlara rəğmən, 1,4 milyard inanclı insan Roma Papası Fransiski dəstəkləyirdi. Belə reytinqə isə heç ən populyar siyasətçilər də malik deyil.

Kopyalandı
Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 468 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 468 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 468 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 468 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 468 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 468 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 468 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 468 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 468 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 468 baxış
Seçilmişlər
icon