Pleyeri seçin:

Norveç şahzadəsinin oğluna 4 il həbs cəzası verildi

16 iyun 2026 455 baxış

Norveç şahzadəsi Mette-Maritin 28 yaşlı oğlu Marius Borq Heybi bir sıra cinayətlərdə, o cümlədən iki zorlama faktında təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Heybiyə ümumilikdə 40 ittiham irəli sürülüb. Bunların arasında dörd zorlama epizodu da olub. Məhkəmə həmin ittihamlardan ikisi üzrə ona bəraət versə də, digər iki epizod üzrə təqsirli hesab edib.

Prokurorluq iddia edib ki, bütün hallarda zərərçəkən qadınlar hadisə zamanı ya yatmış vəziyyətdə olub, ya da müqavimət göstərmək iqtidarında olmayıb.

Məhkəmə Heybini ümumilikdə 34 maddə üzrə təqsirli bilib. Bunlara keçmiş sevgilisi Nora Hauklanda qarşı zorakılıq, altı epizod üzrə seksual xarakterli təhqiramiz davranış, yol hərəkəti qaydalarının pozulması, narkotiklərlə bağlı cinayətlər və məhkəmənin yaxınlaşma qadağasının üç dəfə pozulması daxildir.

İttiham aktına əsasən, Heybi 2022-ci ilin yayından 2023-cü ilin payızınadək Nora Hauklandı dəfələrlə döyüb və təhqir edib. Təqsirli bilindiyi zorlama hadisələrindən biri 2018-ci ildə Skauqum kral iqamətgahında, digəri isə 2024-cü ilin martında Osloda baş verib.

Təqsirləndirilən şəxs ən ağır ittihamları qəbul etməsə də, keçmiş sevgilisinə hücum və marixuananın daşınması da daxil olmaqla bəzi yüngül hüquq pozuntularını etiraf edib.

Prokurorlar onun 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etsələr də, müdafiə tərəfi zorlama ittihamları üzrə bəraət və etiraf etdiyi əməllərə görə maksimum 18 ay həbs cəzası verilməsini istəyib. 

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 455 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 455 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 455 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 455 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 455 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 455 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 455 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 455 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 455 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 455 baxış
Seçilmişlər
icon