Pleyeri seçin:

O, Britaniyada altmışıncı illərin simvolu sayılırdı

13 iyun 2026 101 baxış

O, Kaliforniyanın parlaq rəngli təsvirləri ilə 20-ci və 21-ci əsrlərin ən məşhur sənətçilərindən biri kimi yadda qaldı.

Qalın çərçivəli eynək, qızılı gödəkcə və kürən saçlı obrazı ilə Britaniyanın altmışıncı illərinin simvoluna çevrilmişdi. Bəli, söhbət britaniyalı rəssam, qrafik, səhnə dizayneri, fotoqraf və pop-art cərəyanının görkəmli nümayəndəsi Devid Hoknidən gedir.

Hokni 20-ci əsrin ən nüfuzlu rəssamlarından biri hesab edilir. Sənətkar iyunun 11-də 89 yaşının tamamına cəmi 1 ay qalmış dünyaya gözlərini əbədi yumdu.

Devid Hokni 1936-ci ildə Şimali İngiltərənin Bredford şəhərində anadan olub. Atası hesabdar və həvəskar rəssam olub və Hokninin rəssam kimi formalaşmasında mühüm rol oynayıb.

O, 1948-ci ildən rəssam olmağa qərar verir və məktəb üçün rəsmlər və plakatlar hazırlayır və 1953-cü ildə Bredford Rəssamlıq Məktəbinə daxil olur. 6 il sonra isə Londonda incəsənət üzrə təhsil alır.

1963-cü ildən artıq tanınmağa başlayır. Amerika rəssamlıq məktəbindən təsirlənən Devid Hokni Kaliforniyaya gedir. 1967-ci ildə "Piter hovuzdan çıxır" əsəri ilə Los Anceles üzgüçülük hovuzlarının rəsmlər seriyasını çəkir. Bu əsərlər ona dünya şöhrəti qazandırır.

1982-ci ildə Parisdə keçirilən "Devid Hokni - Fotoqraf" sərgisi və "Devid Hokni: Fotolar" kitabı onu fotoqraf kimi də tanıdır. Yorkşir qraflığının təbiət mənzərələrini həm boyalı fırça, həm də foto ilə çəkməsi onun sənətini daha da ucaldır.

Qeyd edək ki, 2018-ci ildə onun "İki fiqurlu hovuz" əsəri hərracda 90.3 milyon dollara satılaraq, həmin dövr üçün onu dünyanın "ən bahalı canlı rəssamı" etmişdi.  

Kazanda “Made in Tatarstan” adlı sərgi keçirilir

Kazanda “Made in Tatarstan” adlı sərgi keçirilir

Dünya
19 iyun 2026 101 baxış
İran zəifləyir, Rusiya geri çəkilir: Azərbaycanın manevr imkanları artır? - AKTUAL GÜNDƏM

İran zəifləyir, Rusiya geri çəkilir: Azərbaycanın manevr imkanları artır? - AKTUAL GÜNDƏM

Dünya
19 iyun 2026 101 baxış
Xamenei İran xalqına səsləndi | "Mən onlara icazə verdim ki..." - Baku TV

Xamenei İran xalqına səsləndi | "Mən onlara icazə verdim ki..." - Baku TV

Dünya
19 iyun 2026 101 baxış
Dünyaya sülh mesajı verən Tehran uranla bağlı nə qərara gəldi? - Baku TV CANLI

Dünyaya sülh mesajı verən Tehran uranla bağlı nə qərara gəldi? - Baku TV CANLI

Dünya
19 iyun 2026 101 baxış
Pezeşkian və Tramp razılığa gəldi, Rusiya XİN bəyanat yaydı - Baku TV

Pezeşkian və Tramp razılığa gəldi, Rusiya XİN bəyanat yaydı - Baku TV

Dünya
19 iyun 2026 101 baxış
Rusiyadan Ermənistana etiraz notası | İrəvan seçim qarşısında - Baku TV

Rusiyadan Ermənistana etiraz notası | İrəvan seçim qarşısında - Baku TV

Dünya
19 iyun 2026 101 baxış
Rusiya Ukraynaya xəbərdarlıq etdi | Qərbin cavabı nə olacaq? - 24 SAAT

Rusiya Ukraynaya xəbərdarlıq etdi | Qərbin cavabı nə olacaq? - 24 SAAT

Dünya
19 iyun 2026 101 baxış
İrəvan Moskva xəttindən ayrılır? | KTMT-nin Baş katibindən açıqlama - Baku TV CANLI

İrəvan Moskva xəttindən ayrılır? | KTMT-nin Baş katibindən açıqlama - Baku TV CANLI

Dünya
18 iyun 2026 101 baxış
ABŞ-İran sövdələşməsi uğurlu olacaq? | Hörmüz boğazının taleyi sual altında - Baku TV

ABŞ-İran sövdələşməsi uğurlu olacaq? | Hörmüz boğazının taleyi sual altında - Baku TV

Dünya
18 iyun 2026 101 baxış
İranın qarşısındakı 2 kritik məsələ | Bəqaidən dünyaya səs salacaq mesajlar - Baku TV

İranın qarşısındakı 2 kritik məsələ | Bəqaidən dünyaya səs salacaq mesajlar - Baku TV

Dünya
18 iyun 2026 101 baxış
Seçilmişlər
icon