Pleyeri seçin:

Ölkəmizə hücumu dəf etmək üçün... | Tramp onu "ən pis prezident" adlandırdı

05 mart 2025 206 baxış

“Amerika tarixinin yeni səhifəsi açılıb. Çox yaxında 5 milyon dollara satışa çıxarılan qızıl kart dünyanın hər yerindən uğurlu iş adamlarının ölkəmizə axınını təmin edəcək”.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Konqresin hər iki palatasının üzvləri qarşısında çıxışı zamanı söyləyib.

“Vəzifə andı içdikdən sonra bir neçə saat ərzində mən cənub sərhədimizdə milli fövqəladə vəziyyət elan etdim. Ölkəmizə hücumu dəf etmək üçün ABŞ Ordusunu və sərhəd patrulunu əraziyə yerləşdirdim.

Nəticədə bu illər ərzində ilk dəfə qeyri-qanuni sərhədi keçmək istəyənlərin ən aşağı göstəricisi qeydə alınıb. Onlar sözlərimi eşitdilər və gəlməməyi seçdilər. Müqayisə üçün qeyd edək ki, Amerika tarixinin ən pis prezidenti olan Co Baydenin dövründə ayda yüzminlərlə qeyri-qanuni keçid olub və onların faktiki olaraq hamısı – qatillər, narkotik alverçiləri, ruhi xəstəxanalardan və dəlixanalardan qaçan insanlar ölkəmizə keçib.

Artıq Amerika tarixinin yeni səhifəsi açılıb. Çox yaxında 5 milyon dollara satışa çıxarılan qızıl kart dünyanın hər yerindən uğurlu iş adamlarının ölkəmizə axınını təmin edəcək. Onlar bizim vətəndaşlığı ala biləcəklər. Bizə belə adamlar lazımdır. Qaçaq yollarla gələnlər deyil. Demokratların və xəstə Bayden administrasiyasının açıq sərhəd siyasəti adı altında ölkəyə gələn narkotacirlərdən, quldurlardan, uşaq yırtıcılarından azad olacağıq. Son dörd il ərzində 21 milyon insan ABŞ-yə axın edib. Açıq sərhəd ifadəsi ilə Baydenin niyyəti Amerikanı çökdürmək olub. Vəzifəyə gəldiyim gündən mənim administrasiyam Amerika tarixində ən genişmiqyaslı sərhəd və immiqrasiya repressiyasına başladı və qısa zaman kəsiyində bu günə kimi qeyri-qanuni sərhədi keçənlərin sayının kifayət qədər azalmasına nail oldu”, – deyə ABŞ lideri bildirib. 

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 206 baxış
Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Dünya
21 dekabr 2025 206 baxış
İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

Dünya
21 dekabr 2025 206 baxış
Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Dünya
21 dekabr 2025 206 baxış
Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Dünya
21 dekabr 2025 206 baxış
Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Dünya
21 dekabr 2025 206 baxış
Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Dünya
21 dekabr 2025 206 baxış
Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Dünya
21 dekabr 2025 206 baxış
Tərəflər arasında şiddətli döyüşlər davam edir

Tərəflər arasında şiddətli döyüşlər davam edir

Dünya
21 dekabr 2025 206 baxış
Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 206 baxış
Seçilmişlər
icon