Pleyeri seçin:
Ölümü Ukraynanı xilas edəcək | Zelenskiyə qarşı sui-qəsd planını ifşa edən agent
“Ukraynanı yalnız Zelenskinin ölümü xilas edə bilər”.
Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Larri Conson deyib.
O bildirib ki, Ukraynadan geriyə qalanları xilas etməyin yeganə yolu Volodimir Zelenskini fiziki olaraq məhv etməkdir.
Amerikalı kəşfiyyatçı Rusiya hərbçilərinin Zelenskini prezidentlik müddəti rəsmən başa çatdıqdan sonra (mayın 20-si) sıradan çıxara biləcəyi haqda fikir səsləndirib. Çünki danışıqlar prosesinin başlanmasına yalnız o mane olur:
“Rusiya danışıqlara başlamaq üçün Zelenskini aradan götürə bilər. Bu, hazırda Ukraynanın ən azı bir hissəsini xilas edəcək”.
L.Conson əlavə edib ki, səlahiyyət müddəti başa çatdıqdan və Zelenski rəsmi statusunu itirdikdən sonra onun sağ qalma ehtimalı çox aşağı olacaq.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- Avropa İttifaqı ilə Ukrayna arasındakı münasibətlər niyə soyuyub? - Baku TV CANLI
- Ukraynada işləmək istəyənlər üçün xəbərdarlıq | "Pasportunuzu heç kimə verməyin" - Baku TV
- "Patriot" raketləri və PUA-lar üçün 6,1 milyard avro ayrılıb
- Korrupsiya qalmaqalları və seçki tələbi | Ukrayna xalqı nə deyir? - Baku TV
- ABŞ Ukraynaya ballistik raket verəcək? | Tehranın Vaşinqtona qarşı cavab planı - YENİ BİR SƏHƏR
