”Onlar həmişə türklərə silah veriblər” | Yunanıstan Baş nazirindən qalmaqallı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə Egey dənizindəki iddialarından əl çəkməsə, Avropa İttifaqının (Aİ) resurslarına çıxışını əngəlləyəcəyik”.
Bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis deyib.
Baş nazir bildirib ki, Türkiyə “Kazus Belli” doktrinasını qoruyarsa, Avropa maliyyə dəstəyini dayandırmalıdır:
“Türkiyə “Kazus Belli”ni masadan götürməsə və Egeydəki boz zona ilə bağlı iddialarından əl çəkməsə, Avropa kreditlərinə çıxa bilməyəcək”.
Mitsotakis Ankaranın 1995-ci ildə Yunanıstanın Egeydəki ərazi sularını genişləndirməsinin müharibə səbəbi kimi qiymətləndiriləcəyini bildirən qərarını hədəfə alaraq, bunun aradan qaldırılmasını tələb edib.
Yunanıstan lideri Türkiyəyə diplomatik təzyiqlərin davam edəcəyini də açıqlayıb.
Avropanın Türkiyəyə yönəlik siyasətini də tənqid edən Mitsotakis Almaniya, Fransa və Böyük Britaniyanın Ankaraya silah satışına toxunub: “Onlar həmişə türklərə silah veriblər”.
Yunanıstan Baş naziri Aİ-nin Türkiyə ilə münasibətlərdə daha effektiv siyasət yürütməli olduğunu iddia edib. Türkiyənin Aİ daxilindəki mövqelərinin Ankaranı məhdudlaşdırmaq baxımından strateji rol oynaya biləcəyini qeyd edən Mitsotakis vurğulayıb: “Məsələ qonşularımızın nə etdiyi deyil, bizim nə etdiyimizdir”.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
