Pleyeri seçin:

Öz sərgisinə yataqda qatılan Frida Kalonun inanılmaz həyat hekayəsi | ARAŞDIRMA

28 sentyabr 2024 353 baxış

Baku TV özünü kəşf etmə prosesini rəssamlıqla birləşdirən, şəxsi təcrübələrini və mədəni kimliyini əsərlərinə daxil edən dünyaca məşhur rəssam Frida Kalo haqqında araşdırma hazırlayıb.

18 yaşlı Frida Kalo 6 sentyabr 1925-ci ildə Meksikada avtomobil qəzası keçirir və nəticədə aldığı xəsarətlərə görə uzun müddət xəstəxanada qalmalı olur.

Bu zaman Frida Kalo tənhalıqdan rəsm çəkməyə başlayır və 1927-ci ildə qəzanın nəticələrindən qismən sağalaraq rəssam olmağa qərar verir.

1929-cu ildə Frida Kalo Meksikada kommunizmin rəmzinə çevrilən və özündən 20 yaş böyük olan rəssam Dieqo Rivero ilə ailə qurur. Bir il keçməmiş Dieqo Rivero gənc həyat yoldaşına xəyanət etməyə başlayır.

1930-cu ildə Dieqo Rivero San-Fransiskoya birja binasında divar rəsmləri çəkmək üçün dəvət olunur və gənc həyat yoldaşı Frida Kalo da onunla birlikdə Amerikaya gedir.

Daha sonra cütlük Meksikaya qayıtmalı olur və bu zaman Frida Kalonun boşanmış bacısı Kristina da onlarla yaşamağa başlayır.

Bir müddət sonra Kristina və Dieqo Rivero arasında məhəbbət yaranır. Beləliklə, Frida Kalo Dieqo Riverodan yeni zərbə alır.

1937-ci ildə Stalinin əlindən qaçan və heç bir ölkə tərəfindən qəbul edilməyən inqilabçı Lev Trotski Meksikaya gəlir və Rivero Dieqo xəstəxanada olduğu üçün onu Frida Kalo qarşılayır.

Frida Kalo həyat yoldaşından intiqam almaq üçün onun pərəstiş etdiyi Lev Trotski ilə eşq macərası yaşamağa başlayır.

1944-cü ildə Frida Kalonun ayağı qanqrena səbəbindən amputasiya edilir və o, həyatdan tamamilə təngə gəlir.

1953-cü ildə Meksikada Frida Kalonun fərdi sərgisi keçirilir və səhhətinin pis olması səbəbindən onu sərgi salonuna çarpayıda gətirirlər.

Frida Kalo 1954-cü ildə 47 yaşında pnevmoniyadan vəfat edir.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 353 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 353 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 353 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 353 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 353 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 353 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 353 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 353 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 353 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 353 baxış
Seçilmişlər
icon