Dünya
Pleyeri seçin:
Pakistandan Kəşmirlə bağlı açıqlama
Pakistanın Baş naziri Şahbaz Şərif Kəşmir problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Hökumət başçısı tviterdə yazıb ki, Cənubi Asiyada sülh və inkişaf Kəşmir mübahisəsinin həlli ilə bağlıdır.
“Mən beynəlxalq ictimaiyyəti kəşmirlilərə öz müqəddəratını həll etmək üçün qanuni hüquqlarının verilməsində öz rollarını oynamağa çağırıram”, - deyə Ş.Şərif vurğulayıb.
Qeyd edək ki, 1947-ci ildən etibarən Kəşmir uğrunda Hindistan və Pakistan arasında mübarizə gedir. 1972-ci ilin avqustunda Dehlidə baş tutan Hindistan-Pakistan danışıqlarına əsasən, Kəşmirdə yeni nəzarət xətti müəyyən edilib.
Kopyalandı
Seçilmişlər