Papuaşvili Zurabişviliyə söz atdı | Yeni prezident elə bir insandır ki...
Gürcüstanın prezidentliyinə namizəd Mixail Kavelaşvili xarici təsirə məruz qalmayacaq.
Bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili deyib.
"Mixail Kavelaşvili elə bir şəxsdir ki, onun vətənpərvərliyi heç bir sual doğurmur. Bu, müasir dünyada xüsusilə vacibdir. Bizim ölkəmiz kimi kiçik və regionda mövcud münaqişələr baxımından müdafiəsiz bir ölkə üçün heç bir xarici qüvvənin təsiri altına düşməyəcək prezidentə sahib olmaq vacibdir. Biz bunu birbaşa xaricdən idarə olunan Salome Zurabişvilinin nümunəsində gördük", – deyə o vurğulayıb.
Şalva Papuaşvili həmçinin qeyd edib ki, Gürcüstanın yeni prezidentini müəyyən edəcək Seçicilər Kollegiyasının 300 üzvündən 211-i hakim “Gürcü Arzusu” Partiyasının üzvüdür. Spikerin sözlərinə görə, səsvermə dekabrın 14-ü yerli vaxtla səhər saat 09:00-dan 14:00-dək parlamentin iclas zalında keçiriləcək.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
