Pleyeri seçin:

Pentaqonun Rusiyanı özündən çıxaran planı nədir?

11 iyul 2024 369 baxış

“Pentaqonun Almaniyada uzaqmənzilli raketlər yerləşdirmək planlarına Rusiya hərbi cavab tədbirləri hazırlayacaq”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Bildirib ki, bu plan Rusiyanın təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyır.

S.Ryabkovun sözlərinə görə, uzaqmənzilli raketlərin yerləşdirilməsi barədə qərar sadəcə eskalasiya kursunun həlqəsidir, eyni zamanda NATO və ABŞ-nin Rusiya istiqamətində xəttinin əsas komponenti olan hədə-qorxu elementlərindən biridir.

Bu arada Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov da sözügedən məsələyə münasibət bildirərək ABŞ-nin planını böyük səhv adlandırıb. Diplomat bəyan edib ki, Ağ Evin Almaniyaya orta və yaxın mənzilli raketlər yerləşdirmək qərarı beynəlxalq təhlükəsizliyə birbaşa təhdiddir və silahlanma yarışı riskini artırır.

“Kremlin təxribatlara qarşı səbri hədsiz deyil. Almanlar başa düşmürlər ki, ABŞ-nin Almaniya ərazisindəki raket potensialı bu obyektlərin Rusiyanın hədəfində olacağı deməkdir? Bu təhdid deyil, normal insanın sadə məntiqidir”, – deyə səfir bildirib.

Qeyd edək ki, Pentaqon 2026-cı ildə ABŞ-nin Almaniyada artıq Avropada olan silahları əhəmiyyətli dərəcədə üstələyən uzaqmənzilli zərbə sistemləri yerləşdirməyə başlayacağını açıqlayıb.

Hörmüz boğazı ilə bağlı İranın təklifinə Trampdan rədd cavabı gəldi - Baku TV

Hörmüz boğazı ilə bağlı İranın təklifinə Trampdan rədd cavabı gəldi - Baku TV

Dünya
27 sentyabr 2026 369 baxış
Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV

Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV

Dünya
27 sentyabr 2026 369 baxış
İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağına zərbələr endirib - Baku TV CANLI

İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağına zərbələr endirib - Baku TV CANLI

Dünya
27 sentyabr 2026 369 baxış
Pezeşkian Hörmüz boğazı ilə bağlı açıqlama verdi | O, ABŞ-ni günahlandırdı - Baku TV

Pezeşkian Hörmüz boğazı ilə bağlı açıqlama verdi | O, ABŞ-ni günahlandırdı - Baku TV

Dünya
27 sentyabr 2026 369 baxış
Fransa Prezidenti gələcəkdə yenidən prezidentliyə qayıda biləcəyini istisna etməyib - Baku TV

Fransa Prezidenti gələcəkdə yenidən prezidentliyə qayıda biləcəyini istisna etməyib - Baku TV

Dünya
27 sentyabr 2026 369 baxış
Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV

Dünya
26 sentyabr 2026 369 baxış
Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 369 baxış
Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Dünya
26 sentyabr 2026 369 baxış
Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 369 baxış
ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 369 baxış
Seçilmişlər
icon