PKK liderinin müraciətinə cavab verilməsə nələr ola bilər? | Sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə hökuməti PKK lideri Abdullah Öcalanın çağırışından sonra 3-4 aylıq gözləmə mövqeyi tutacaq”.
Bu barədə Türkiyənin TGRT telekanalının koordinatoru Ahmet Sözcan məlumat verib.
“Çağırışdan sonra KCK toplanmalıdır. KCK qurultayı çağırıb, özünü buraxdığını elan edəcək. Çağırışın ardınca silahların yerə qoyulması lazımdır. Bütün bunların olub-olmayacağı 3-4 ay ərzində izləniləcək”, — jurnalist bildirib.
A.Öcalanın çağırışına PKK və ona bağlı digər terrorçu qruplaşmalar tərəfindən adekvat cavabın verilməməsi durumuna gəlincə, A.Sözcan qeyd edib:
“Çağırışa cavab verilməsə, A.Öcalanın qurduğu strukturda heç bir səlahiyyətinin olmadığı bəlli olacaq. DEM Partiyasının görəcəyi işlər də önəmlidir. Komitə yaradıblar, iclaslar keçiriblər.
Terror təşkilatı bu çağırışa əməl etməsə, DEM nə edəcək? Təşkilatın uzantısı kimi davam edəcək, yoxsa demokratik siyasət adı ilə qurumla əlaqələri kəsəcək? Türkiyənin mövqeyi aydındır. Ərdoğan artıq bəyan edib ki, ya silahlarını yerə qoyacaqlar, ya da o silahlarla birlikdə dəfn ediləcəklər”.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
