Plomb və implantlar tarixə qovuşur? | Yeni metodun tətbiqi necə olacaq?
Böyük Britaniyada yerləşən Kral Kolleci və London İmperial Kollecinin alimləri ilk dəfə olaraq laboratoriya şəraitində insan dişləri yetişdirməyə nail olublar.
Bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, onlar dişin inkişaf mühitini təqlid edən xüsusi material yaradıblar. Bu material hüceyrələrə siqnal ötürərək onların diş formalaşdırmasına səbəb olur.
Əgər bu texnologiya gələcəkdə plomblar və ya implantlar əvəzinə istifadə olunsa, o zaman həmin material çənəyə bitişəcək və zamanla özünü bərpa edə biləcək. Bu isə stomatologiyada böyük irəliləyiş ola bilər.
Tədqiqatçılar bildirirlər ki, yeni metodun tətbiqi üçün iki mümkün yanaşma var:
- Laboratoriyada dişin tam yetişdirilməsi və daha sonra xəstənin ağzına transplantasiya olunmasıdır.
- Materialın formalaşmanın erkən mərhələsində birbaşa çənəyə yerləşdirilməsidir. Bununla da diş ağız boşluğunda təbii şəkildə inkişafını davam etdirə bilər.
Alimlərin fikrincə, bu texnologiya gələcəkdə diş bərpası sahəsində inqilabi dəyişikliklərə səbəb ola bilər.
#Böyük Britaniya teqi istifadə olunub
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
- Böyük Britaniya niyə 2030-cu ilə hazırlaşır? - Baku TV
- Orta əsrlərə aid 800 illik qala satışa çıxarılıb, tikilinin ümumilikdə 56 otağı var
- Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcılarını yerləşdirəcək
