Pleyeri seçin:

Poroşenko Ukrayna hökumətinin istefasını tələb edib

18 noyabr 2025 572 baxış

Ukrayna Ali Radasının noyabrın 18-də keçirilən iclasında ədliyyə naziri German Qaluşenko və energetika naziri Svetlana Qrinçukun istefası baş tutmayıb.

Buna səbəb Ukraynanın müxalifətçi deputatlarının müzakirə və səsvermədə iştirak etmədən tribunanın qarşısını kəsməsi olub. Onların tələbləri iki nazir yox, bütün hökumətin istefasıdır.

Qeyd edək ki, Ukraynanın “Energoatom” dövlət şirkətində 100 milyon dollarlıq korrupsiya ilə əlaqədar istintaq başladığı üçün ölkənin Prezidenti ədliyyə və energetika nazirlərini istefaya çağırıb. Zelenski çıxışında deputatların da onun bu qərarını dəstəkləyəcəyinə ümid edib.

Lakin Ukraynanın müxalifətçi deputatları onun ümidlərini doğrultmayıb. Əsas diqqət isə Kiyevdə 2013-cü il noyabrın 21-də başlayan “Avromeydan” etirazları ilə Viktor Yanukoviçi devirib 2014-cü ildə prezident seçilən Petro Poroşenkoya yönəlmişdi.

Noyabr ayı “Roşen kralı” üçün bir dəfə uğur gətirsə də, 2019-cu ildə Volodimir Zelenskiyə uduzan siyasətçinin revanş şansları azdır. Hər halda, ekspertlər belə düşünür. Amma Ukraynada daxili-siyasi vəziyyət onsuz da qənaətbəxş deyildi, çünki ölkənin şərq hissəsi qarış-qarış zəbt olunur. Bu azmış kimi, 100 milyonluq korrupsiya qalmaqalı Avropa tərəfindən dəstəklənən Zelenskinin xalq tərəfindən dəstəklənməsini zəiflədir.

ABŞ Prezidenti Donald Trampla ilk görüşdən sonra Zelenskinin əvəzlənməsi daha çox aktuallaşmışdı. Lakin Trampla ikinci dəfə görüşmək üçün Zelenski Ağ Evə getdi və soyuqluq nisbətən aradan qalxdı.

İtaliyanın “Corriere della Sera” qəzetində qeyd olunub ki, Ukraynada seçkilər keçirilsə, Zelenski qələbə qazanmayacaq. Onun yerinə ən real namizədlər isə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı, Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov və “Azov” milli batalyonunun təsisçisi Andrey Biletskidir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 572 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 572 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 572 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 572 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 572 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 572 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 572 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 572 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 572 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 572 baxış
Seçilmişlər
icon