Dünya
Pleyeri seçin:
Prezidentin dedikləri Maskı özündən çıxardı | Maduroya qeyri-adi təhdid
Amerikalı sahibkar və X sosial şəbəkəsinin sahibi İlon Mask Venesuela hökumətinin X-in ölkədəki işini 10 gün müddətinə dayandırmaq qərarına görə ölkə prezidenti Nikolas Maduronu hədələyib.
Mask Venesuela liderinin çıxışını şərh edib və deyib: “Biz onun bığını kosmosdan ütəcəyik”.
Qeyd edək ki, dünən Nikolas Maduro Milli Telekommunikasiya Komissiyasına X-in bloklanması təklifini göndərdiyini söyləyib. O, Maskın öz sosial şəbəkəsinin bütün normalarını pozduğunu deyib, şəbəkəni nifrət, faşizm aşılamaqda, vətəndaş müharibəsi salmağa cəhd etməkdə və Venesuelanın bütün qanunlarını pozmaqda ittiham edib.
Kopyalandı
Seçilmişlər