Dünya
Pleyeri seçin:
Prezidentin səbri niyə daşdı? - Lukaşenkodan AB-ni silkələyəcək qərar
Belarus sərhədçilərinə Polşa ilə sərhədi qanunsuz miqrantlardan qorumaq barədə əmr verməyəcəyəm.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Sanksiyalara qədər biz Qərblə o qədər ciddi şəkildə əməkdaşlıq edirdik ki, readmissiya haqqında saziş imzaladıq. Əməkdaşlıq edirdik, sonra onlar imtina etdilər. Onları burada “ovlamayacağıq”. Bizim işimiz xalqımızın təhlükəsizliyini təmin etməkdir.
Mən sərhədçilərə, hərbçilərə və mülki şəxslərə Belarus və Polşa sərhədində Avropa Birliyini müdafiə etmək üçün əmr vermək niyyətində deyiləm. Boğazımıza ilgək salırsınız və hələ bizi sizi bu məzlumlardan qorumağa məcbur edirsiniz”, – A.Lukaşenko bildirib.
Kopyalandı
Seçilmişlər