Pleyeri seçin:

Putin Corc Buşa 2008-ci ildə Ukrayna barədə xəbərdarlıq edibmiş

25 dekabr 2025 541 baxış

ABŞ Milli Təhlükəsizlik Arxivi Rusiya Prezidenti Vladimir Putinlə Amerikanın keçmiş prezidenti Corc Buş arasında 2001-2008-ci illərdə aparılan şəxsi söhbətlərin transkriptlərini açıqlayıb.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Dərc olunmuş materiallarda qeyd olunub ki, 2001-ci ildə liderlər arasında etibarlı münasibətlər olub, hətta Buş bir dəfə Putinə deyib ki, siz döyüş səngərində yanımda olmasını istədiyim adamsınız. Dövlət başçılarını terrorizmə qarşı mübarizədə ortaq maraqlar birləşdirib. Lakin 2008-ci ildə, Buşun prezidentliyinin sonuna yaxın liderlər arasında siyasi fikir ayrılıqları yaranıb.

2008-ci ildə isə Soçidə Münhen çıxışından və Buxarestdə NATO sammitindən sonra Putin Buşa xəbərdarlıq edib ki, Ukraynanı NATO-ya cəlb etməyə çalışmaq ölkədə daxili parçalanmaya səbəb olacaq:

“Ukrayna kimi bir ölkənin NATO-ya daxil olması sizin üçün və bizim üçün uzunmüddətli münaqişə sahəsi, uzunmüddətli qarşıdurma yaradacaq. Əhalinin müxtəlif təbəqələrinin NATO üzvlüyü ilə bağlı fərqli fikirlərini nəzərə alsaq, ölkə sadəcə olaraq parçalana bilər”.

Rusiya Prezidenti amerikalı həmkarına Ukrayna və Gürcüstanın NATO-ya qoşulmasının niyə qəbuledilməz olduğunu ətraflı izah edib. Buş öz növbəsində hazırkı ABŞ-Rusiya münasibətlərinin çox yaxşı olduğunu qeyd edib və ondan sonra hakimiyyətə gələnlərin bu səviyyədə dialoqu davam etdirə bilməyəcəyinə dair narahatlığını bildirib.

Banner
Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM

Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM

Dünya
23 oktyabr 2026 541 baxış
Ukrayna sülh sazişi üçün ərazi güzəştlərinə getməli olacaqmı? - Baku TV

Ukrayna sülh sazişi üçün ərazi güzəştlərinə getməli olacaqmı? - Baku TV

Dünya
23 oktyabr 2026 541 baxış
Sülh yolunda əsas maneə: Ukraynanın təhlükəsizliyinə kim zəmanət verəcək? - Baku TV CANLI

Sülh yolunda əsas maneə: Ukraynanın təhlükəsizliyinə kim zəmanət verəcək? - Baku TV CANLI

Dünya
23 oktyabr 2026 541 baxış
Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV

Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV

Dünya
23 oktyabr 2026 541 baxış
Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI

Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI

Dünya
23 oktyabr 2026 541 baxış
Rusiya tərəfi Ukraynaya 252 meyitin təhvil verildiyini bildirib və Kiyevin itkilərinə dair yeni rəqəmlər paylayıb

Rusiya tərəfi Ukraynaya 252 meyitin təhvil verildiyini bildirib və Kiyevin itkilərinə dair yeni rəqəmlər paylayıb

Dünya
23 oktyabr 2026 541 baxış
Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir

Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir

Dünya
23 oktyabr 2026 541 baxış
Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir

Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir

Dünya
23 oktyabr 2026 541 baxış
Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib

Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib

Dünya
23 oktyabr 2026 541 baxış
Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib

Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib

Dünya
23 oktyabr 2026 541 baxış
Seçilmişlər
icon