Putin xalqa növbəti dəfə müraciət etdi
Rusiya Prezidenti Vladimir Putin ölkədə son günlərdə yaranmış vəziyyətlə bağlı açıqlama verib. O, silahlı qiyamın təşkilatçılarını vətənə xəyanətdə ittiham edib.
Dövlət başçısı “Vaqner” döyüşçülərinə müraciət edərək onları seçim etməyə – ya orduda xidməti davam etdirməyə, ya evə qayıtmağa, ya da Belarusa getməyə çağırıb.
Vladimir Putin “vaqnerçilər”ə verdiyi vədi yerinə yetirəcəyinə söz verib. Onun sözlərinə görə, qiyamın təşkilatçıları xarici təhdidlər qarşısında ölkədə parçalanmaya səbəb olan cinayət əməllərinə əl atıblar.
V.Putin bildirib ki, silahlı üsyan onsuz da yatırılacaqdı. “Əziz dostlar! Bu gün mən bir daha bütün Rusiya vətəndaşlarına müraciət edirəm. Dözümünüzə, birliyinizə, vətənpərvərliyinizə görə təşəkkür edirəm. Bu vətəndaş həmrəyliyi göstərdi ki, istənilən şantaj, daxili iğtişaşlar yaratmaq cəhdləri uğursuzluğa məhkumdur. Üsyanın təşkilatçıları xalqa və üsyana cəlb olunanlara xəyanət etdilər. Rusiyanın düşmənləri ölkənin qanlı vətəndaş qarşıdurmasında boğulmasını istəyirdilər, səhv hesab edirdilər”, – deyə Rusiya lideri əlavə edib.
#Vladimir Putin teqi istifadə olunub
- Sülh yolunda əsas maneə: Ukraynanın təhlükəsizliyinə kim zəmanət verəcək? - Baku TV CANLI
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
- Tramp Putinlə Stiv Uitkoffun görüşünə münasibət bildirib
- Sankt-Peterburqda Stiv Uitkoff və Putin arasında nələr müzakirə olundu? - Baku TV CANLI
