Putinin reytinqi üzə çıxdı | Vətəndaşlar Rusiya Prezidentinin işini bəyənir? - Baku TV
Rusiya vətəndaşlarının 74 %-i Prezident Vladimir Putinə etibar edir.
Bu barədə Rusiyanın İctimai Rəy Fondu tərəfindən 12–14 iyun tarixlərində 1500 rusiyalı arasında keçirilən sorğunun nəticələrinə dair hesabatda bildirilib.
“Rusların 74 faizi Vladimir Putinə etibar edib. Əhalinin əksəriyyəti, 75 %-i onun dövlət başçısı kimi yaxşı iş gördüyünə inanır”, – deyə hesabatda qeyd olunub.
Sorğuda iştirak edənlərin 48 faizi Rusiya hökumətinin işini müsbət qiymətləndirib. Respondentlərin 52 faizi isə Baş nazir Mixail Mişustinin yaxşı iş gördüyünü bildirib.
Hakim “Vahid Rusiya” Partiyasına dəstək səviyyəsi 38 %, Kommunist Partiyasına 9 %, Rusiya Liberal Demokrat Partiyasına 12 %, “Ədalətli Rusiya” Partiyasına 4 % və “Yeni İnsanlar” Partiyasına 8 % təşkil edib.
#Vladimir Putin teqi istifadə olunub
- Putinin Rusiya üzrə reytinqi açıqlandı - Baku TV CANLI
- Avropa ölkələrindən Rusiyaya qarşı sərt addım - Baku TV CANLI
- Rusiya Ukraynaya xəbərdarlıq etdi | Qərbin cavabı nə olacaq? - 24 SAAT
- Ukraynanın taleyinə G7 sammitində aydınlıq gələcək? | Gözləntilər və atılacaq addımlar - Baku TV
- Köçəryanın planları niyə alınmadı? | “İndi qurban veriləcəyindən qorxur”
