Putinin Şimali Koreyaya səfəri aranı qatdı | NATO-dan kəskin qərar
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə səfəri və Moskvanın bu ölkə, eləcə də Çin və İranla əlaqələrinin inkişafına cavab olaraq NATO Yaponiya, Avstraliya və Cənubi Koreya ilə əlaqələri gücləndirəcək”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Entoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib.
O həmçinin bildirib ki, NATO öz təhlükəsizliyini qlobal səviyyədə təmin etmək niyyətindədir: “Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri bu ölkələr arasında, eləcə də Çin və İranla sıx əlaqələri təsdiqləyir. Bu həm də onu nümayiş etdirir ki, NATO təhlükəsizliyi regional deyil, qlobal xarakter daşıyır. Avropada baş verənlər Asiya üçün, Asiyada baş verənlər isə Avropa üçün vacibdir”.
Stoltenberq əlavə edib ki, Rusiyanın KXDR-in raket və nüvə proqramlarını dəstəkləməsi narahatedici məqamdır.
#Vladimir Putin teqi istifadə olunub
- Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM
- Xameneinin məktubu Putinə çatdırıldı | Tehrandan Moskvaya gizli mesaj? - Baku TV
