Pleyeri seçin:

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən qatil Andrey Çikatilo - ARAŞDIRMA

21 avqust 2024 306 baxış

Baku TV uşaqlığı və gəncliyi boyu alçaldılan, lağa qoyulan, fərziyyələrə görə 78, təsdiqlənmiş məlumatlara görə isə 53 nəfərin qatili, axtarışına milyonlarla pul xərclənən SSRİ dövrünün ən qəddar, ən qaniçən manyak və kannibalı Andrey Romanoviç Çikotilo haqqında araşdırma hazırlayıb.

A.Çikatilo ilk qətlini 22 dekabr 1978-ci ildə törədir. Onun qurbanı 9 yaşlı Yelena Zakotnova olur. Bu cinayətə görə əvvəllər həbsxanada cəza çəkən Aleksandr Kravçenko saxlanılır. Təzyiqlər nəticəsində A.Kravçenko törətmədiyi cinayəti boynuna götürür və güllələnir.

Bu hadisədən sonra Çikatilo 3 il qətl törətmir. 1982-ci ildə A.Çikatilo qətliama başlayır. Şahidlər öldürülənlərin yanında eynəyini rezinlə bərkidən, papaqlı hündürboy bir kişi gördüklərini desələr də, qətl yerinə gələn və qatilin axtarışlarında özü də iştirak edən manyakdan heç kim şübhələnmir. Ayda bir neçə dəfə hüquq-mühafizə orqanlarının əməkdaşları meşədə xüsusi amansızlıqla öldürülmüş, zorlanmış, gözləri çıxarılmış, çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş, bəzi əzaları dişlənilmiş meyitlər tapırlar.

1985-ci ildə hüquq-mühafizə orqanları “Meşə qurşağı” əməliyyatına başlayırlar. 1986-cı ildə manyakın axtarışına Rostov Tibb İnstitutunun psixiatriya kafedrasının dosenti Aleksandr Buxanovski də qoşulur. Doktor manyakın dəqiq psixoloji portretini təsvir edir, hətta onun vəziyyətinin hava faktorlarından asılı olduğunu və 1984-cü ilin yağışlı günlərində qatilin daha da vəhşiləşərək 15 nəfəri öldürdüyünü qeyd edir.

1990-cı ildə daha bir qətl törədən manyak dəmir yolu stansiyasında gəzişərkən milis çavuşunun diqqətini çəkir və o, A.Çikatilonun sənədlərini yoxlamağa başlayır. Şübhəli heç nə tapmadığı üçün onu sərbəst buraxır. Yeni cəsədin tapılması ilə əlaqədar o, şübhəli görünən və sənədləri yoxlanılan hər kəsi bir də nəzərdən keçirməyə başladıqda A.Çikatilo yada düşür və manyak saxlanılır.

Məhkəmə zamanı A.Çikatilo 53 nəfərin ölümündə təqsirli bilinir, amma törətdiyi digər cinayətlər sübuta yetirilmir. Manyak ölümə məhkum edilir. Novoçerkassk həbsxanasında saxlanılan Andrey Çikatilo ölümdən qorxduğu və həyatını xilas etmək üçün prezidentə saysız-hesabsız məktublar yazır. 1994-cü il fevralın 14-də o, öz layiqli cəzasını alır, başından güllələnir.

Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxdı

Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxdı

Dünya
04 aprel 2026 306 baxış
Donald Tramp Tehrana sonuncu xəbərdarlığını etdi - ANA XƏBƏR

Donald Tramp Tehrana sonuncu xəbərdarlığını etdi - ANA XƏBƏR

Dünya
04 aprel 2026 306 baxış
"Ukrayna xalqı buna hazırdır" | Bitmək bilməyən savaş daha 3 il də davam edəcək? - Baku TV

"Ukrayna xalqı buna hazırdır" | Bitmək bilməyən savaş daha 3 il də davam edəcək? - Baku TV

Dünya
04 aprel 2026 306 baxış
Ukrayna Prezidenti İstanbulda | Nələr müzakirə ediləcək? - Baku TV CANLI

Ukrayna Prezidenti İstanbulda | Nələr müzakirə ediləcək? - Baku TV CANLI

Dünya
04 aprel 2026 306 baxış
Müharibənin miqyası genişlənir | Misli görünməmiş zərbələrin anonsu | Gərginlik pik həddə - Baku TV

Müharibənin miqyası genişlənir | Misli görünməmiş zərbələrin anonsu | Gərginlik pik həddə - Baku TV

Dünya
04 aprel 2026 306 baxış
Tailand gəmisində insan cəsədinin qalıqları tapılıb

Tailand gəmisində insan cəsədinin qalıqları tapılıb

Dünya
04 aprel 2026 306 baxış
ABŞ-li pilotun axtarışları davam etdirilir | İran

ABŞ-li pilotun axtarışları davam etdirilir | İran

Dünya
04 aprel 2026 306 baxış
Kosmik şüaların səviyyəsi beşdəbir dəfə azalır

Kosmik şüaların səviyyəsi beşdəbir dəfə azalır

Dünya
04 aprel 2026 306 baxış
İrandan Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı yeni yanaşma - Baku TV CANLI

İrandan Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı yeni yanaşma - Baku TV CANLI

Dünya
04 aprel 2026 306 baxış
Tehrandan Vaşinqtona "yox" cavabı | "Müharibə davam edir" - Baku TV CANLI

Tehrandan Vaşinqtona "yox" cavabı | "Müharibə davam edir" - Baku TV CANLI

Dünya
04 aprel 2026 306 baxış
Seçilmişlər
icon