Pleyeri seçin:
Qalmaqallı hadisədən sonra Macarıstan prezidenti vəzifədən getdi
Macarıstan Prezidenti Katalin Novak pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda istefa verdiyini açıqlayıb.
K.Novak milli televiziyada çıxışı zamanı səhvini etiraf edib. O bildirib ki, prezident kimi Macarıstan vətəndaşlarına müraciət etdiyi son gündür.
Macarıstanın bütün müxalifət partiyaları K.Novakın istefasını tələb edib.
Qeyd edək ki, əfv olunan şəxs Biçka şəhərindəki uşaq evinin direktor müavinidir. O, şantaj yolu ilə bir neçə uşağı Papanın ziyarəti bəhanəsi ilə pedofil direktoruna qarşı ifadələrini geri götürməyə məcbur edib. 26 ildir uşaq evinə rəhbərlik edən Yanoş V. 2004-2016-cı illərdə azı on yetkinlik yaşına çatmayan oğlan uşağına seksual zorakılıq tətbiq edib.
Kopyalandı
#Macarıstan teqi istifadə olunub
- Macarıstanın əsas şərti Avropa İttifaqını çıxılmaz vəziyyətə salacaq? - Baku TV CANLI
- Balıq hovuzlarının suyundan quraqlığa qarşı mübarizədə istifadə olunur
- Rusiya Macarıstanın addımına diplomatların çıxarılması ilə cavab verdi - Baku TV CANLI
- Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb
- Macarıstanda elektrik stansiyasının gücü azaldılıb
