Dünya
Pleyeri seçin:
Qalstanyandan erməni gənclərə çağırış | Tezliklə bütün Ermənistan...
Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri Baqrat Qalstanyan iyunun 22-nə gənclərin irimiqyaslı mitinqini elan edib, həmçinin etiraz aksiyalarının coğrafiyasının genişləndirilməsinin zəruri olduğunu bildirib.
“Yaxın günlərdə regionlara, o cümlədən bu illərdə xidmət etdiyim yerlərə getməyi planlaşdırıram. Hərəkat bütün Ermənistan ərazisini əhatə etməlidir. Bizim mübarizəmiz İrəvanın mərkəzi ilə məhdudlaşmamalıdır. Tezliklə hamınız buna cəlb olunacaqsınız. Ölkəmizin həm xarici, həm də daxili həyatında gündəmi diktə edəcəyik”, – deyə erməni yepiskop qeyd edib.
Kopyalandı
Seçilmişlər