Dünya
Pleyeri seçin:
Qara dəniz bölgəsi su altında qaldı
Türkiyənin Qara dəniz bölgəsində güclü yağış sakinləri çətin vəziyyətə salıb. Nəticədə evləri və ofisləri su basıb, bir sıra şəhərlərdə avtobus və tramvayların hərəkəti dayandırılıb.
Samsun şəhərinin küçələrinin birində yağan leysandan sonra yol çöküb, avtomobillər çökən əraziyə düşüb. Eyni zamanda şəhərin Atatürk Bulvarı adlanan ərazisi su altında qalıb.
Giresun şəhərində axşam saatlarından başlayan güclü yağış gecə saatlarında leysana çevrilib. Nəticədə şəhərin mərkəzini, Qara dəniz Sahil yolunun limanını, Keşap dayanacağını, bəzi iş yerlərini və hündür binaların birinci mərtəbəsini su basıb.
Kopyalandı
Seçilmişlər