Dünya
Pleyeri seçin:

Qərbin Gürcüstanla bağlı planı | Seçki öncəsi siyasi gərginlik pik həddə

21 oktyabr 2024

Gürcüstanda seçkilərə sayılı günlər qalmış daxili siyasi vəziyyət gərginləşməkdə davam edir.

Reytinq siyahılarında hazırda iqtidarda olan “Gürcü Arzusu” Partiyasının gerisində qalan müxalifət partiyaları Qərbin dəstəyi ilə ölkədə inqilab etmək niyyətindədir.

Prezident Salome Zurabişvili səhnədəki boşluqdan istifadə etmək qərarına gəlib. “Gürcü Arzusu”nun dəstəyi ilə prezident kürsüsünə yiyələnib daha sonra onlara xilaf çıxan xanım Prezident keçmiş müttəfiqlərinin devrilməsi üçün var-qüvvəsini ortaya qoyub.

Bir müddət əvvəl seçki sonrası bütün müxalifətin təmsil olunacağı müvəqqəti keçid hökuməti layihəsini irəli sürən S.Zurabişvili indi də “Avropaya yürüş” aksiyası təşkil edib. Bu məsələ ona qərbmeyilli müxalifətdən ciddi dəstək gəlib.

Seçkiyə bir neçə gün qalmış gürcü müxalifəti və Prezidentin Avropa sevgisinin ortaya qoyulmasının iki səbəbi var. Birincisi, onlar Qərbə göstərmək istəyirlər ki, əgər siz Gürcüstanı əldə etmək istəyirsinizsə, bizə dəstək verin. Biz Rusiyaya qarşıyıq və sizin yanınızda yer alacağıq. İkincisi, gürcü xalqına göstərmək istəyirlər ki, müxalifətin məqsədi ölkəni Avropaya aparmaqdır.

Bu, ölkə əhalisinin mühüm hissəsi, əsasən də gənclərə təsir etmək üçün düşünülmüş plandır. Çünki Gürcüstanda gənclərin böyük əksəriyyəti, əsasən də ali məktəb tələbələri ölkənin Avropaya inteqrasiyasını ciddi şəkildə müdafiə edirlər.

"Xarici agentlər haqqında" Qanunun qəbulunun əleyhinə keçirilən mitinqlərdə əsas lokomotiv qüvvə də məhz tələbələr idi. S.Zurabişvili və müxalifət həmin gəncləri yenidən meydana çıxarmaq istəyir. Lakin burada bir qədər müəmma var.

Gürcü xalqı ölkənin Avropaya inteqrasiyası siyasətini dəstəkləsə də, Gürcüstanın Rusiya ilə tamamilə qarşı-qarşıya gəlməsini və yeni müharibənin baş verməsini istəmir. Bu da aydın məsələdir ki, Qərbin özünə sadiq şəxsləri hakimiyyətə gətirərkən onlardan ilk tələbi məhz Rusiyaya qarşı ikinci cəbhə açmaqla bağlı olacaq.

Digər məsələ isə prosesə rəhbərlik edən Salome Zurabişvilinin özünün şəxsiyyəti ilə bağlıdır. Onun Qərb ölkələri, xüsusilə də Fransaya çox bağlı olduğu bilinir. Həmçinin xanım Prezidentin ölkədə o qədər də nüfuzu yoxdur. O məhz “Gürcü Arzusu”nun dəstəyi ilə öncə deputat, daha sonra isə prezident seçilib.

Anlaşılan budur ki, Qərb Gürcüstanı, S.Zurabişvili isə prezidentliyi əldən vermək istəmir. Gürcü xalqının bu yolla Avropaya gedəcəyi isə şübhəlidir. Təcrübə göstərir ki, bu yol istənilən ölkəni ancaq fəlakətə aparır, nəinki tərəqqiyə və ya Avropaya.

Siçanlar da sürücü oldu | Maşın sürməkdən ötrü ürəyi gedən kiçik "avtoşlar"

Siçanlar da sürücü oldu | Maşın sürməkdən ötrü ürəyi gedən kiçik "avtoşlar"

Dünya
22 noyabr 2024
Oğulun etdiyi əməlin cəzasını atası çəkdi | Dəhşətli detallar açıqlandı

Oğulun etdiyi əməlin cəzasını atası çəkdi | Dəhşətli detallar açıqlandı

Dünya
22 noyabr 2024
NATO ilə bağlı sensasiya | Yüz minlərlə əsgərə gizli tapşırıq verilir?

NATO ilə bağlı sensasiya | Yüz minlərlə əsgərə gizli tapşırıq verilir?

Dünya
22 noyabr 2024
Şimali Koreyadan güc nümayişi | Kim Çen In silah sərgisində iştirak etdi

Şimali Koreyadan güc nümayişi | Kim Çen In silah sərgisində iştirak etdi

Dünya
22 noyabr 2024
Onlara elə güclə zərbə vuracağıq ki… | Kadırov Qərbə meydan oxudu

Onlara elə güclə zərbə vuracağıq ki… | Kadırov Qərbə meydan oxudu

Dünya
22 noyabr 2024
Su qiymətinə evlər | Bu kəndin sakinləri Trampın prezident seçilməsini fürsətə çevirdi

Su qiymətinə evlər | Bu kəndin sakinləri Trampın prezident seçilməsini fürsətə çevirdi

Dünya
22 noyabr 2024
Medvedev raket hücumundan video paylaşıb Ukraynaya meydan oxudu

Medvedev raket hücumundan video paylaşıb Ukraynaya meydan oxudu

Dünya
22 noyabr 2024
"Hizbullah" liderinin sui-qəsdi ilə bağlı sensasiya | İsrail vəziyyətdən necə istifadə etdi?

"Hizbullah" liderinin sui-qəsdi ilə bağlı sensasiya | İsrail vəziyyətdən necə istifadə etdi?

Dünya
22 noyabr 2024
Müharibə daha da şiddətləndi | Ukrayna artıq 4 ölkəyə qarşı döyüşür?

Müharibə daha da şiddətləndi | Ukrayna artıq 4 ölkəyə qarşı döyüşür?

Dünya
22 noyabr 2024
Türkiyənin "Sıfır tullantı" stendi COP29-da diqqətləri öz üzərinə çəkdi

Türkiyənin "Sıfır tullantı" stendi COP29-da diqqətləri öz üzərinə çəkdi

Dünya
22 noyabr 2024
Seçilmişlər
icon