Pleyeri seçin:

Rahiblərin gizli tunellərlə canlarını xilas etdiyi sirlərlə dolu abidə - ARAŞDIRMA

05 iyul 2024 317 baxış

Əfsanəyə görə, imperator Yustinyan yuxusunda bir qoca kişinin ona gümüş lövhəyə çəkilmiş kilsə rəsmi göstərdiyini görür. Yustinyan bunun qarət olunmuş Meqale Ekklesia olduğunu anlayır. İmperator yaşlı adamdan “Bəs kilsənin adını nə qoyaq?” deyə soruşur. Yaşlı adam belə cavab verir: “Əlbəttə ki, Ayasofya”.

İki min ilə yaxındır ayaqda duran bu abidə möhtəşəmliyinə görə dünyanın möcüzələrindən biri hesab olunur.

Əvvəl kilsə, daha sonra məscid olan bu möhtəşəm tikilinin ilk dəfə eramızın 360-cı ilində imperator Konstantin tərəfindən inşa olunduğu bəllidir. Ona Meqale Ekklesia, yəni “Böyük kilsə” adı verilir. İstanbulda 404-cü ildə baş verən iğtişaşlar zamanı yandırılır. Sonradan imperator 2-ci Feodosi tərəfindən bərpa edilən kilsənin təmir işləri 415-ci ildə bitir. Amma 532-ci ildə yenidən qarət olunur və dağıdılır.

Nəhayət, imperator Yustinyanın göstərişi ilə tikintisi yenidən başladılır. Minə yaxın usta və on minə yaxın fəhlə 5 il ərzində gecə-gündüz işləyərək dövrün ən böyük məbədini inşa edirlər. Amma ən böyük işi 2 riyaziyyatçı və həmçinin memar olan Anfimi və İsidor görür. Binanın memarlığından tutmuş istifadə ediləcək tikinti materiallarına qədər, həmçinin sütunların sayı və günbəzin hündürlüyü də daxil olmaqla qüsursuz hesablamalar sayəsində böyük Ayasofya ucaldılır.

Bu böyüklükdə və hündürlükdə olan tikilinin zəlzələ və sair təbii hadisələrdən dolayı zərər görməməsinin səbəbini insanlar buranın tilsimli olması ilə əlaqələndirirlər. Amma tilsim yox, məhz elmin sayəsində bu məbəd hələ də ayaqdadır. Məsələ burasındadır ki, kərpic və daşların bu böyüklükdə tikintiyə ağır gələcəyini bilən iki memar maraqlı qarışım hazırlayır. Əhəng, dəniz qumu və kərpic tozundan əmələ gələn qarışım Ayasofyanın tilsimi imiş.

Rəvayətə görə, Fatih Sultan Mehmet Ayasofyaya daxil olarkən rahiblər İsa peyğəmbərin əlində tutduğuna inanılan müqəddəs piyalə ilə birlikdə məbədin divarları arasında gizlənirlər və yoxa çıxırlar.

İstanbul zəlzələ bölgəsi olduğu üçün tikililərin çökdüyü təqdirdə digər evlərə ziyan dəyməsin deyə alt qisimdə dərin çuxurlar qazırlarmış. Bu səbəbdən Ayasofyanın altında 70 metr dərinliyində içində su olan zirzəmilər və tunellər var.

Zirzəmilər o qədər böyükdür ki, içində qayıqla belə üzmək olur. Demək ki, rahiblər Ayasofyanın bu gizli zirzəmiləri vasitəsilə havalandırma və su xətləri yolu ilə qaçmağı bacarıblar. Amma bu tunellərin daha hansı sirləri özündə gizlətməsi hələ də müəmmalıdır.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 317 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 317 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 317 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 317 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 317 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 317 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 317 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 317 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 317 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 317 baxış
Seçilmişlər
icon