Rus dili rəsmi statusunu itirə bilər? | Qırğızıstan deputatından açıqlama
“Qırğızıstan Konstitusiyasında nəzərdə tutulduğu kimi, rus dili ölkədə rəsmi dil olaraq qalır və statusun dəyişdirilməsindən söhbət gedə bilməz”.
Bu barədə TASS-a Qırğızıstan parlamentinin deputatı Qulya Kojokulova məlumat verib.
“Rus dili rəsmi statusunu itirməyəcək, bu, dəqiqdir, çünki bu, Konstitusiyada öz əksini tapıb. “Dövlət dili haqqında” Qanunun yenilənməsi ilə bağlı da heç nə eşitməmişəm. Orada Konstitusiyaya zidd olan müddəa yoxdur”, ‒ agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, 2025-ci ilin mayında Qırğızıstan parlamentinin Dövlət Dili üzrə Milli Komitəsinin sədri Melis Muratəliyev rus dili haqqında Konstitusiya qanununun köhnəldiyini və ona yenidən baxılmasını tələb etmişdi.
Qırğızıstan Konstitusiyasında qeyd olunur ki, ölkədə dövlət dili qırğız dili, rəsmi dil isə ruscadır.
#Qırğızıstan teqi istifadə olunub
- Paşinyan Sadır Japarovla nələri müzakirə etdi? | İrəvandan sülhlə bağlı açıqlama - Baku TV CANLI
- Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI
- Hörmüz boğazında gərginlik | Məktəb ləvazimatını necə seçək? | Pezeşkiandan mesaj - YENİ BİR SƏHƏR
- Azərbaycan və Qırğızıstan müttəfiqliyi gücləndirir - Baku TV
- İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib - Baku TV
