Rusiya Ordusu bunu da etdi | Xəstə əsgərləri önə verəcəklər ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Z-təbliğatçısı Kaşevarova HİV və hepatitli əsgərlərin ayrı-ayrı bölmələrinin yaradılmasını elan edib.
“Arbat Media” saytı xəbər verir ki, belə döyüşçülərin hücum dəstələrinə təyin edilməsi və onlara fərqli qol sarğılarının verilməsi planlaşdırılır.
Kaşevarovanın sözlərinə görə, o, əvvəllər cəbhədə tüğyan edən HİV və hepatit epidemiyasının həllini təklif edib və Rusiya Silahlı Qüvvələri bu mövzu üzərində işləməyə başlayıb.
“HİV, onkoloji, hepatit, vərəmə yoluxmuş insanlar indi müqavilə bağladıqları, bütün bunları gizlətdikləri, ödəniş almaq üçün saxta sağlamlıq arayışları təqdim etdikləri, həmçinin xidmət zamanı hepatit və digər xəstəlikləri aşkarlananların da olduğu üçün onların ayrı-ayrı bölmələr şəklində formalaşdırılması qərara alınıb”, – Kaşevarova “Telegram” kanalında yazıb.
Onun xəbərinə görə, ordulardan birində komandirlik əmr verib:
“B” hazırlıq kateqoriyasına malik belə hərbçilərdən ibarət vahid bölmə yaradılsın”.
O belə əsgərlərin hücum bölmələrinə göndəriləcəyini və onlara xüsusi tanınma lenti taxılacağını vurğulayıb.
“Onların vəzifəsi döyüş təmas xəttində müdafiə xətlərini tutmaq və saxlamaq olacaq”, – Kaşevarova yazıb.
Başqa sözlə, Rusiya komandirləri xəstə hərbçiləri önə verib, hücuma göndərib “xərcləmək” fikrindədirlər.
#Rusiya Ordusu teqi istifadə olunub
- Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV
- Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
