Rusiya Ordusu Ukraynada irəlilədi | Müharibədə vəziyyət dəyişir?
Ukraynada gedən müharibənin son günündə, aprelin 12-dən 13-nə keçən gecə boyunca Rusiya Ordusu Donetskin Boqdanovka kəndinə nəzarəti təmin edib. Bu barədə Ukrayna mətbuatında məlumat verilib.
Bildirilib ki, görülən müdafiə tədbirlərinə baxmayaraq, əraziyə cəmləşən Rusiya əsgərləri Çasov Yar, Novokalinovo və Tonenkiy kəndlərinə doğru irəliləyiblər.
Ukrayna Ordusunun Baş Qərargahından bildirilib ki, Rusiya tərəfi Çasov Yar istiqamətinə xeyli sayda texnika və canlı qüvvə cəmləşdirib.
İvanovo kəndi ətrafındakı şiddətli döyüşlərə baxmayaraq, Rusiya Ordusu qarşı tərəfin müqavimətini qıra bilməyib. Ancaq bununla belə, gecə saatlarında Novokalinovo yaxınlığındakı dəmiryolu xəttinə nəzarəti təmin edib. Qoşun daha sonra Berdiçev və Semyonovka rayonlarında yerləşdirilib.
Baş Qərargahdan o da bildirilib ki, hazırda Novomixaylovka və Krasnoqorovka kəndləri uğrunda ağır döyüşlər gedir. Uqledar şəhəri də Rusiya Ordusunun hədəfindədir.