Pleyeri seçin:

Rusiya səfirliyinin əməkdaşı ölkədən çıxarılır

28 iyul 2026 358 baxış

Rumıniya Rusiya mənşəli pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı insidentdən sonra məsləhətləşmələr üçün bu ölkədəki səfirini geri çağırıb.

Bu barədə Rumıniya Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Xarici işlər naziri Oana Tsoyunun sərəncamı ilə Rusiyanın Buxarestdəki səfiri nazirliyə çağırılıb. Bu çağırış 24-26 iyul 2026-cı il tarixləri arasında Rumıniyanın hava məkanının dəfələrlə pozulmasına qəti reaksiya olub. Bu zaman Rumıniya silahlı qüvvələri ölkə ərazisinə icazəsiz daxil olmuş üç PUA-nı vurub. Moskvanın Buxarestdəki diplomatik nümayəndəliyinin əməkdaşlarından biri Rumıniya ərazisində arzuolunmaz şəxs elan ediləcək, ölkənin Rusiyadakı səfiri isə məsləhətləşmələr üçün geri çağırılacaq", – deyə nazirlikdən bildirilib.

Rusiya səfirinə rəsmi olaraq verbal nota təqdim edilib. Notada Rumıniya tərəfi Rusiyanın Buxarestdəki diplomatik nümayəndəliyinin arzuolunmaz şəxs elan ediləcək əməkdaşının 5 gün ərzində ölkə ərazisini tərk etməsini tələb edib.

Qeyd olunub ki, görüş zamanı rusiyalı diplomata Rumıniya ərazisində məhv edilən dronun fraqmentləri – prokurorluğun apardığı istintaq zamanı Rusiya mənşəli olduğu rəsmən təsdiqlənmiş komponentlər təqdim edilib.

Rumıniya tərəfi vurğulayıb ki, bütün bu ciddi insidentlərə və təhlükəsizlik sahəsində regional vəziyyətin pisləşməsinə görə müstəsna məsuliyyət Rusiyanın üzərinə düşür.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 358 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 358 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 358 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 358 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 358 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 358 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 358 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 358 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 358 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 358 baxış
Seçilmişlər
icon