Dünya
Pleyeri seçin:
Rusiya və Ukrayna əsirləri dəyişdi | Nazirlikdən təcili açıqlama
İyulun 17-də Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Nazirlik 95 rusiyalı hərbçinin geri qaytarıldığını açıqlayıb.
"Qarşı tərəfə də eyni sayda hərbi əsir qaytarılıb", – deyə məlumatda deyilir.
Rusiya mətbuatının məlumatına görə, bu, Birləşmiş Ərəb Əmirliyinin vasitəçiliyi ilə 2024-cü il ərzində baş tutan altıncı əsir mübadiləsidir. Bu zamana qədər dəyişdirilən məhbusların ümumi sayı isə təxminən 1400-ə çatıb.
Kopyalandı
Seçilmişlər