Pleyeri seçin:

Rusiya XİN erməni vandalizmini pislədi

31 yanvar 2024 458 baxış

Rusiya İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılan abidə ilə bağlı törədilən vandalizm aktını qətiyyətlə pisləyir və bildirir ki, bu cür nalayiq hərəkətlər Ermənistanda Rusiyanı ləkələmək məqsədilə başladılan ictimai kampaniyanın davamı üçün şərait yaradır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhində deyilir.

“Yanvarın 29-da İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılan abidə ilə bağlı törədilən vandalizm aktını qətiyyətlə pisləyirik. Dərin təəssüflə qeyd edirik ki, bu, Rusiya və Ermənistan üçün ümumi olan tarixin qəhrəmanlıq səhifələrinə həsr olunmuş abidələrin ilk dəfə təhqir olunması halı deyil. Biz Ermənistan hakimiyyətindən gələcəkdə bu cür barbarlıq təzahürlərinin qarşısının alınmasını gözləyirik”, – deyə Rusiya XİN-in saytında dərc olunan şərhdə bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində bir şəxsin abidəyə qoyulan gülləri yerə atdığını, Rusiya bayrağının rənglərini əks etdirən lentləri tapdaladığını əks etdirən görüntü yayılıb. Daha sonra Ermənistanın Baş Prokurorluğu abidənin təhqir olunması ilə bağlı onlara müvafiq müraciətin daxil olduğunu və bununla bağlı qanun çərçivəsində tədbir görüləcəyini bildirib.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 458 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 458 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 458 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 458 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 458 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 458 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 458 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 458 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 458 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 458 baxış
Seçilmişlər
icon