Rusiyada miqrantlarla bağlı qaydalar çətinləşdi | Qaydalara nələr aiddir?
Əcnəbilər Rusiyada il ərzində 90 gündən artıq qala bilməyəcəklər.
Rusiya mediasının yaydığı məlumata görə, ölkənin Daxil İşlər Nazirliyi bu barədə qanun layihəsini Dövlət Dumasına göndərib. Sənəddə biometrik miqrant vəsiqəsinin tətbiqi, eləcə də miqrantları əməyə cəlb edən şəxs və ya şirkətlərə nəzarətin gücləndirilməsi, miqrantların Rusiyada qalma müddətinin uzadılmasına yol verilməməsi də nəzərdə tutulur.
Həmçinin bildirilib ki, Rusiya ərazisinə daxil olan xarici ölkələrin vətəndaşları sərhəd-buraxılış məntəqəsini keçərkən qanunları pozacaqları təqdirdə hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan sənədə imza atmalıdırlar.
Qeyd edək ki, məhdudiyyətlər martın 22-də “Crocus City Hall”da baş verən terror aktından sonra gündəmə gəlib. Martın 26-da Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsində əlavə preventiv və profilaktik tədbirlərin görülməsi barədə tapşırıq verib.