Rusiyada xəstəxanada partlayış həyəcanı | 700 nəfər təxliyə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada Nikolay Piroqovun adını daşıyan Milli Tibbi-Cərrahiyyə Mərkəzinin Konsultativ-Diaqnostika Mərkəzindən 700-ə yaxın insan təxliyə edilib.
Bu barədə məlumatı mərkəzin direktoru Oleq Karpov paylaşıb.
Onun sözlərinə görə, naməlum şəxs tərəfindən edilən zəngin həqiqəti əks etdirmədiyini anladığına baxmayaraq, təhlükəsizlik tədbirlərinin görülməsinə dair müvafiq tapşırıq verilib.
Qeyd olunub ki, xəstəxanaya partlayışla bağlı daxil olan məlumatda bildirilib ki, guya döşəmələrdə kustar üsulla hazırlanmış partlayıcı qurğu gizlədilib.
“İşçi heyət və müalicə alan insanlar ərazidən təhlükəsiz yerə aparılıb. Hazırda xəstəxana ərazisində xüsusi xidmət orqanları işləyir”, – deyə Diaqnostika Mərkəzinin direktoru bildirib.
#Moskva teqi istifadə olunub
- ABŞ Rusiyaya Moskvada planlaşdırılan mümkün terror aktı barədə məlumat ötürüb - Baku TV CANLI
- ABŞ Rusiyaya Moskvada mümkün terror aktı barədə xəbərdarlıq etdi - Baku TV
- Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır
- Üç gündür davam edən dron təhlükəsi: Moskvada nələr yaşanır? - Baku TV CANLI
- Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI
