Pleyeri seçin:

Rusiyadan Ermənistana xəbərdarlıq | Sergey Lavrovdan sərt sözlər - Baku TV

06 fevral 2026 348 baxış

Moskva ilə İrəvan arasında münasibətlərdə yeni gərginlik mərhələsi başlayır.

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan parlamentinin spikeri Alen Simonyanın Moskvadakı görüşü diplomatik nəzakətdən çox, hesablaşmanı xatırladıb. Danışıqlar masasında əsas sual isə təxminən bu idi: Ermənistan hara gedir, Moskva istiqamətinə, yoxsa Brüsselə?

Görüş zamanı Simonyan faktiki olaraq izahat verməli olub. O bildirib ki, İrəvan Rusiyaya qarşı heç bir addım atmayıb və belə bir niyyəti də yoxdur. Hətta Ermənistanda Rusiyanı düşmən kimi təqdim edən yanaşmanın mövcud olmadığını xüsusi vurğulayıb. Ancaq paralel olaraq etiraf edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı suallar qalır və ölkə Avropa standartlarına inteqrasiya kursunu davam etdirir. Məhz bu məqamda Lavrovun mesajları daha sərt olub.

Rusiya xarici işlər naziri açıq şəkildə bildirib ki, Ermənistan eyni vaxtda həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqına üzv ola bilməz. Onun sözlərinə görə, bu iki məkanın hüquqi və iqtisadi tələbləri bir-birinə ziddir.

Lavrov xəbərdarlıq edib ki, Brüsselə inteqrasiya təkcə iqtisadi seçim deyil. Bu, həm də Rusiyaya qarşı sanksiyalara qoşulmaq, xarici siyasəti Avropa ilə koordinasiya etmək və təhlükəsizlik sistemində Moskvanın rolunu azaltmaq deməkdir.

Nazir hətta konkret rəqəm də səsləndirib: Ermənistanın ümumdaxili məhsulu məhz Avrasiya İqtisadi İttifaqı çərçivəsində iki dəfədən çox artıb. Bununla belə, Kreml təzyiq etmədiyini də nümayiş etdirməyə çalışıb.

“Bu sizin seçiminizdir, biz hörmət edəcəyik”, – deyə Lavrov bildirib. Amma dərhal əlavə edib ki, bunun nəticələrinə görə məsuliyyət də İrəvanın üzərində olacaq.

Ekspertlərə görə, bu dialoq əslində ultimatum xarakteri daşıyır. Moskva Ermənistana mesaj verir ki, “iki stulda oturmaq” mümkün deyil.

Beləliklə, İrəvan yenidən geosiyasi yol ayrıcındadır. Ya Rusiya ilə ənənəvi ittifaqı qorumaq, ya da Avropa xəyalının risklərini üzərinə götürmək. Seçim isə Ermənistanın siyasi, iqtisadi və təhlükəsizlik taleyini müəyyənləşdirəcək.

Husilər Səudiyyə Ərəbistanı hərbçilərinə zərbələr endirib

Husilər Səudiyyə Ərəbistanı hərbçilərinə zərbələr endirib

Dünya
06 avqust 2026 348 baxış
İran Hörmüzdə keçid qaydalarını sərtləşdirir

İran Hörmüzdə keçid qaydalarını sərtləşdirir

Dünya
06 avqust 2026 348 baxış
AKP PKK-nın tərk-silahı üçün hazırlanan qanun layihəsini parlamentə təqdim etdi - Baku TV CANLI

AKP PKK-nın tərk-silahı üçün hazırlanan qanun layihəsini parlamentə təqdim etdi - Baku TV CANLI

Dünya
06 avqust 2026 348 baxış
Çolpon-Atada böyük sövdələşmə: Paşinyan Rusiyadan güzəşt qopara biləcəkmi? - AKTUAL GÜNDƏM

Çolpon-Atada böyük sövdələşmə: Paşinyan Rusiyadan güzəşt qopara biləcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
06 avqust 2026 348 baxış
Ermənistan Aİİ-nin iqtisadi imtiyazlarını itirə bilər | İrəvanı nə gözləyir? - ANA XƏBƏR

Ermənistan Aİİ-nin iqtisadi imtiyazlarını itirə bilər | İrəvanı nə gözləyir? - ANA XƏBƏR

Dünya
06 avqust 2026 348 baxış
Ermənistanda böhran dərinləşir | Qaregin məhkəmə qarşısında - Baku TV CANLI

Ermənistanda böhran dərinləşir | Qaregin məhkəmə qarşısında - Baku TV CANLI

Dünya
06 avqust 2026 348 baxış
Moskvadakı dəhşətli partlayışla bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

Moskvadakı dəhşətli partlayışla bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

Dünya
06 avqust 2026 348 baxış
"Suriya ssenarisi İranda təkrarlanacaqdı" | Pezeşkiandan sensasiyalı açıqlama - Baku TV CANLI

"Suriya ssenarisi İranda təkrarlanacaqdı" | Pezeşkiandan sensasiyalı açıqlama - Baku TV CANLI

Dünya
06 avqust 2026 348 baxış
Pezeşkian İranla bağlı iddialı açıqlamalar verdi, Qəribabadi isə... - Baku TV

Pezeşkian İranla bağlı iddialı açıqlamalar verdi, Qəribabadi isə... - Baku TV

Dünya
06 avqust 2026 348 baxış
49 milyondan çox insan aclıqla üzləşə bilər

49 milyondan çox insan aclıqla üzləşə bilər

Dünya
06 avqust 2026 348 baxış
Seçilmişlər
icon