Dünya
Pleyeri seçin:
Şahzadə Diananın iqamətgahından görüntülər yayıldı | Yeni sahibi kimdir?
Şahzadə Diananın ailəsinin Londondakı keçmiş iqamətgahı hərracda satılıb.
Bu iqamətgah Meyfer rayonunda Farm Street, 24 ünvanında yerləşir.
Diana Kral Çarlzdan boşanandan sonra buraya tez-tez gəlirmiş.
Georgian üslubunda tikilən ev 1980-ci illərin əvvəllərində inşa edilib. 1990-cı ildə şahzadənin atası Con Spenser onu ikinci həyat yoldaşı Reyn Spenserə hədiyyə edib. 2000-ci illərin əvvəllərində qrafinya malikanəni kolleksiyaçılara satıb.
Hazırda ev naməlum şəxs tərəfindən 14,2 milyon dollara alınıb.
Dördmərtəbəli malikanənin fasadı bəzəkli krem rəngindədir. 464 kvadratmetr sahədə beş yataq otağı, qəbul zalı, dəbdəbəli mətbəx-yemək otağı, qonaq otağı, kitabxana və bir neçə hamam otağı var.
Kopyalandı
Seçilmişlər