Dünya
Pleyeri seçin:
Sakinlərin həyatını alt-üst edən fəlakət | Ölənlərin sayı durmadan artır
İspaniyanın cənub-şərqində tüğyan edən daşqınlar nəticəsində ölənlərin sayı 200-ü keçib.
Xeyli sayda itkin düşənlərin olduğu bildirilsə də, onların dəqiq sayı hələlik məlum deyil. Bu səbəbdən ölü sayının artacağı istisna olunmur.
Məlumata görə, daşqın nəticəsində 75 minə yaxın ev işıqsız qalıb.
Dəhşətli fəlakətə DANA sinfinə aid olan güclü qasırğanın səbəb olduğu açıqlanıb.
Xarici medianın yaydığı xəbərə görə, ölkədə çoxsaylı insan tələfatı ilə əlaqədar noyabrın 2-dək matəm elan edilib.
Kopyalandı
Seçilmişlər