Dünya
Pleyeri seçin:
Seçki qutularının 90 faizindən çoxu açılıb
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkinin nəticələrinə dair növbəti məlumatlar açıqlanıb.
Belə ki, artıq sandıqların 94%-i açılıb. Son hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası 37,43 faiz səslə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,71 faiz səslə ikinci sıradadır.
Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Əhməd Yenərin dediyinə görə, yekun nəticə aprelin 1-də gündüz saatlarında açıqlanacaq.
Qeyd edək ki, paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş, həmçinin İstanbulda CHP-nin namizədi Əkrəm İmamoğlu və İzmirdə də ana müxalifətin namizədi Cəmil Tuqay liderdir.
Konya, Ərzurum və Trabzon kimi böyük şəhərlərdə isə AK Partinin namizədləri ön sırada qərarlaşıb.
Kopyalandı
Seçilmişlər