Pleyeri seçin:

Sergey Vakunov Qırğızıstan XİN-ə çağırıldı | Etiraz notasının səbəbi açıqlandı

14 aprel 2025 864 baxış

Rusiyanın Bişkekdəki səfiri Sergey Vakunov Qırğızıstan Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub.

Məlumatı Qırğızıstan Xarici İşlər Nazirliyi yayıb.

Bildirilir ki, notada Qırğızıstan əsilli miqrantların Moskva şəhərində kütləvi şəkildə saxlanılması və onlara güc tətbiqinə etiraz əksini tapıb.

Səfiri Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev qəbul edib və aprelin 11-də Moskvanın Bodrost hamam kompleksində Qırğızıstan vətəndaşlarının kütləvi saxlanması ilə bağlı ona Bişkekin mövqeyini çatdırıb:

“Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın, habelə vətəndaşlara qarşı güc tətbiqinin əsasları barədə məlumatın verilməsi və güc tətbiqinin əsassız olduğu halda bu insidentlə bağlı Moskva hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı müvafiq tədbirlərin görülməsi tələbi ilə rəsmi nota verilib”.

Bundan əlavə, Qırğızıstan vətəndaşlarının hüquqlarının müdafiəsi üçün təsirli tədbirlərin görülməsi və gələcəkdə Qırğızıstan-Rusiya müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə biləcək oxşar vəziyyətin yaranmasına yol verməmək xahişi də ifadə olunub.

Qırğızıstan mediası əməliyyatdan sonra 24 Qırğızıstan vətəndaşının saxlanıldığını, onlardan 4-nün Rusiyadan deportasiya ediləcəyini bildirib.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 864 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 864 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 864 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 864 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 864 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 864 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 864 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 864 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 864 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 864 baxış
Seçilmişlər
icon