Pleyeri seçin:

Silahlanma yarışına 6-cı nəsil qırıcılar qoşulur - HƏRBİ XRONİKA

13 aprel 2025 953 baxış

Baku TV-nin “Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda altıncı nəsil reaktiv döyüş təyyarəsi “F-47”nin xüsusiyyətlərindən bəhs olunub.

ABŞ Prezidenti Donald Tramp bu təyyarənin layihəsi üzərində işlərin 2016-cı ildən bəri davam etdiyini və onun prototipinin sınaq uçuşları mərhələsini keçdiyini, faktiki olaraq artıq 5 ildir ki, uçduğunu bildirib.

Maraqlı bir təsadüflə özü də prezident sıralamasının 47-cisi olan D.Tramp “Fighting Falcon” qırıcı ailəsinin 47-cisinin sürəti, manevr qabiliyyəti, döyüş yükü ilə “ən ölümsaçan” silah olacağını bildirib.

Bununla yanaşı, ölkənin Hərbi Hava Qüvvələrindən verilən xəbərlərdə yeni qırıcının hazırda ordu inventarına daxil olan çoxtəyinatlı “F-22 Raptor” təyyarələrini əvəz edəcəyi və beləliklə, Amerika Ordusunda beşinci nəsil qırıcı təyyarə hegemonluğunun altıncı nəsil qırıcılara ötürüləcəyi vurğulanıb. Prosesin yaxın onilliyin sonunadək, bəzi məlumatlara görə isə yaxın 2 il ərzində baş tutacağı vurğulanır.

Sifariş edilən “F-47”lərin sayı gizli saxlanılsa da, artıq hər bir yeni təyyarə təqribən 300 milyon dollara başa gəlir.

Hələlik detallı görüntüsü açıqlanmayan yeni döyüş təyyarəsinin quyruqsuz rombşəkilli konstruksiyaya malik olduğu məlumdur.

“F-47”nin yeni nəsil adaptiv dartma gücünə sahib mühərriki onun forsaj qoşulmadan səsdən iti sürətə çatmasına imkan verir. Ümumiyyətlə, təyyarənin sürətinin 2000 km/saatdan artıq, bəzi məlumatlara görə, 2 max, yəni 2248 km/saatdan artıq olduğu bildirilir. Hazırlanmasında süni intellekt və geniş “datçik” çeşidinin istifadəsi təyyarəni kompleks döyüş tapşırıqları icra edən yüksək qabiliyyətli komanda platformasına çevirir. Bu qabiliyyətlərə real döyüş rejimində informasiya toplanması, gəmilər, peyklər, yanacaqdoldurma təyyarələri kimi digər platformalarla, həmçinin quru qoşunları ilə rabitə təminatı da aiddir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 953 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 953 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 953 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 953 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 953 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 953 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 953 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 953 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 953 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 953 baxış
Seçilmişlər
icon