Sosial şəbəkələr niyə çökdü? - Əsas səbəb açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 5-də axşam saatlarında “TikTok”, “X”, “Youtube”, “Facebook” və “Instagram” sosial şəbəkələrinin fəaliyyətində meydana gələn qlobal problemin səbəbi məlum olub.
Çinin Honkonq şəhərində yerləşən "HGC Global Communications" şirkətinin yaydığı məlumata görə, problemə “Ənsar Allah” hərəkatının Qırmızı dənizdə həyata keçirdiyi hücumlar səbəb olub.
Belə ki, qruplaşmanın üzvləri hücumlar çərçivəsində sualtı internet və telekommunikasiya naqillərinə ciddi ziyan vurublar. Kabellərin zədələnməsi Asiyadan Avropaya ötürülən məlumat axınının 25%-nə təsir göstərib.
Husi qruplaşmasının əsgərləri dəniz boyunca uzanan üç naqili birdən kəsiblər. Onlardan ən uzunu “China Unicom” tərəfindən 2017-ci ildə istifadəyə verilən “Asiya-Afrika-Avropa-1” xəttidir. Sözügedən naqil Sinqapuru Yaxın Şərq və Cənubi Avropa ilə birləşdirir. Bundan başqa, Böyük Britaniya və Körfəz monarxiyaları tərəfindən idarə olunan “Avropa-Hindistan Gateway” kabelinin də zədələndiyi bildirilir.
Qeyd edək ki, artıq hücumun nəticələri qismən aradan qaldırılıb. Bölgədə bərpa işləri davam etdirilir.
#Sosial şəbəkələr teqi istifadə olunub
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Türkiyədə sosial şəbəkələrlə bağlı yeni qadağa qüvvəyə minir - Baku TV CANLI
- Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
- Sosial şəbəkələrdə uşaqlar üçün yeni məhdudiyyətlər tətbiq oluna bilər
