Pleyeri seçin:

Starmer “toksik imic” səbəbindən seçki kampaniyasından kənarlaşdırılıb

05 may 2026 483 baxış

Böyük Britaniyanın Baş naziri Kir Starmer aşağı reytinqi və “toksik imici” səbəbindən hakim Leyborist Partiyasının seçki kampaniyasından kənarlaşdırılıb.

Bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Məlumata görə, partiya daxilində Starmerə qarşı ciddi narazılıq mövcuddur və bəzi üzvlər onun seçicilər arasında mənfi təsir yaratdığını düşünür. Nəşr yazır ki, Baş nazirə qarşı “dərin nifrət” hissi formalaşıb və bu, müxtəlif sosial qrupları əhatə edir.

Bildirilir ki, mayın 7-də Böyük Britaniyada yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Proqnozlara əsasən, Leyborist Partiyası İngiltərədə yerli şuralarda 2 minədək mandat itirə və ilk dəfə Uels parlamenti üzərində nəzarəti itirə bilər.

Qəzetin yazdığına görə, son iki ayda Starmer cəmi 11 seçki tədbirində iştirak edib. Müqayisə üçün, Mühafizəkarlar Partiyasının lideri Kemi Beydnoç 41, “Reform UK” partiyasının rəhbəri Naycel Faraj isə 71 seçki səfəri həyata keçirib.

Eyni zamanda, sorğular göstərir ki, seçicilərin 74 faizi Starmerin fəaliyyətindən narazıdır, yalnız 18 faizi isə onun işini müsbət qiymətləndirir.

Qeyd olunur ki, seçkilərdə ağır məğlubiyyət olacağı təqdirdə, Leyborist Partiyasından olan bir sıra deputatlar baş nazirin istefasını tələb edən açıq məktubla çıxış edə bilər.

Kopyalandı
Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 483 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 483 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 483 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 483 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 483 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 483 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 483 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 483 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 483 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 483 baxış
Seçilmişlər
icon