Dünya
Pleyeri seçin:
Sudanda Türkiyə təyyarəsinə silahlı hücum edildi
Sudanda təxliyə məqsədilə gələn Türkiyə təyyarəsinə atəş açılıb.
Məlumata görə, təyyarə Sudanın paytaxtı Xartumdan təxminən 20 km aralıda yerləşən Vadi Seydna hərbi bazasının aerodromuna eniş edərkən atəşə tutulub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təxliyə təyyarəsi missiyasını uğurla başa çatdırıb və hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Qeyd edək ki, aprelin 15-də Xartum şəhərində ordu ilə xüsusi təyinatlı qüvvələr arasında şiddətli toqquşmalar başlayıb. Bu günə qədər davam edən silahlı münaqişə zamanı yüzlərlə insan ölüb.
Kopyalandı
Seçilmişlər