Pleyeri seçin:

“Takaiçi bundan istifadə edib hakimiyyətə gəldi...” | Yeni Baş naziri gözləyən çətinliklər

21 oktyabr 2025 486 baxış

Yaponiyanın yeni və ilk qadın Baş naziri Sanae Takaiçinin siyasi baxışları ilə “Hər şeydən öncə Amerika” şüarını müdafiə edən ABŞ Prezidenti Donald Tramp arasında oxşarlıqlar var.

Bu barədə “The Washington Post”un redaksiya məqaləsində bildirilir.

Qəzetin yazdığına görə, Yaponiya tarixində ilk dəfə qadın lider, “şahin baxışlı” siyasətçi Baş nazir olub. Takaiçi “Hər şeydən öncə Yaponiya” prinsipinə sadiqdir və bu yanaşma Trampın siyasəti ilə ideoloji baxımdan üst-üstə düşür.

“The Washington Post”a görə Takaiçinin baxışları belədir: “ABŞ və Yaponiya arasında möhkəm təhlükəsizlik ittifaqına inanır. Həmçinin ölkənin hərbi potensialını gücləndirmək niyyətindədir, bu baxımdan Trampın “digər ölkələr öz təhlükəsizliyinə daha çox cavabdeh olmalıdır” yanaşması ilə eyni düşüncədədir.

Məlumata görə, Tramp və Takaiçi bu həftəsonu görüşəcək. ABŞ liderinin Yaponiyaya rəsmi səfər edəcəyi barədə daha əvvəl “Kyodo News” agentliyi xəbər vermişdi. Amerika nəşri yazır:

“Sanae Takaiçi qatı millətçidir və təhlükəsizlik siyasətinin tərəfdarıdır. O, Yaponiyada yayılan antimiqrasiya əhvali-ruhiyyəsindən istifadə edərək hakimiyyətə gəlib və “Hər şeydən öncə Yaponiya” şüarı altında milli maraqları və iqtisadiyyatı prioritet elan edib”.

Yaponiyanın ilk qadın Baş nazirini qarşıda gözləyən çətinliklər də var.

“The Washington Post” qeyd edir ki, Takaiçi siyasi qeyri-sabitlik dövründə hakimiyyətə gəlib, son beş ildə Yaponiyanın dördüncü Baş naziridir:

“Bu çətin durumda balansı tapmalıdır, çünki Tramp Administrasiyasının Tokiodan tələbləri “Hər şeydən öncə Yaponiya” prinsipinə zidd ola bilər. Vaşinqton Yaponiyadakı ABŞ hərbi bazalarının Tokio tərəfindən maliyyələşdirilməsinin artırılması niyyətindədir. Takaiçi isə iki ölkə arasındakı ticarət sazişini bəzi məqamlarına görə Yaponiyanın maraqlarına uyğun saymır”.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 486 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 486 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 486 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 486 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 486 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 486 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 486 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 486 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 486 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 486 baxış
Seçilmişlər
icon