Tarixin ən böyük İsrail–Misir anlaşması qeydə alınıb
İsrailin Baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin tarixində Misirlə bağlanan ən böyük təbii qaz müqaviləsini təsdiqlədiyini açıqlayıb.
Bu barədə B.Netanyahu mətbuat konfransında jurnalistlərə açıqlayıb.
"Müqavilənin dəyəri 112 milyard şekel (təxminən 35 milyard dollar) təşkil edir. Bu, İsrail tarixində ən böyük qaz müqaviləsidir. Məbləğin 58 milyard şekeli dövlət büdcəsinə gedəcək", – deyə o qeyd edib.
Netanyahunun sözlərinə görə, vəsait yəhudi dövlətində təhsil, səhiyyə, infrastruktur, təhlükəsizlik və gələcək nəsillərin inkişafı üçün istifadə olunacaq.
O, ölkənin əsas maraqlarını, ilk növbədə təhlükəsizlik məsələlərinə uyğunluğunu nəzərdən keçirdikdən sonra oktyabrda təxirə salınan müqaviləni təsdiqlədiyini vurğulayıb.
Baş nazirin sözlərinə görə, bu müqavilə digər ölkələri İsrail sularındakı yataqları araşdırmağa təşviq edə bilər.
#İsrail teqi istifadə olunub
- İran üçün maliyyə qapıları açılır: Yeni reallıq regionu necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- Təl-Əvivdən Tehrana nüvə hədəsi: Bölgədə genişmiqyaslı müharibə riski - Baku TV
- Netanyahu "atəşi dayandırmaq" tapşırığı verdi
- Avropa Komissiyasının sədrindən Yaxın Şərqdəki münaqişə ilə bağlı açıqlama - Baku TV CANLI
- Netanyahu özündən çıxdı, orduya əmr verdi - ANA XƏBƏR
