Pleyeri seçin:

Tarixin ən qüdrətli imperiyasının çöküş səbəbləri üzə çıxdı | Tədqiqatçılardan maraqlı araşdırma

17 aprel 2025 583 baxış

Roma İmperiyasının tənəzzülündə iqlim dəyişikliyi həlledici faktor ola bilər.

Bu barədə yeni araşdırma "Geologiya" jurnalında dərc olunub.

Tədqiqata əsasən, təxminən 540-cı ildən etibarən başlayan və "son antik dövrün kiçik buz dövrü" adlandırılan iqlim dəyişiklikləri əvvəlki təsəvvürlərdən daha sərt olub.

Beynəlxalq alimlər qrupu İslandiya sahillərində aparılan araşdırmalar nəticəsində bu dövrdə Qrenlandiyadan aysberqlərlə daşınan iri daşlara dair geoloji sübutlar aşkar ediblər. Bu tapıntılar həmin dövrdə Şimali Atlantikada qeyri-adi soyuma hadisələrinin baş verdiyini göstərir.

Buz dövrünün yaranmasına səbəb Günəş işığının qarşısını alan üç nəhəng vulkan püskürməsi nəticəsində atmosferə yayılan kül kütləsi olub. Soyuma təxminən 200 il davam edib.

Alimlərin fikrincə, bu proses Avropada kütləvi miqrasiyalara səbəb olaraq Roma İmperiyasının sabitliyini pozub və onun tənəzzülünü sürətləndirib.

"Avropada temperatur təxminən 1-2 dərəcə Selsi aşağı düşüb. Bu, məhsul qıtlığına, ərzaq qiymətlərinin artmasına, aclığa və epidemiyalara gətirib çıxarıb", ‒ deyə tədqiqatın həmmüəllifi professor Tomas Qernon bildirib.

Baxmayaraq ki, Şərqi Roma İmperiyası rəsmi olaraq 1453-cü ildə süqut edib, tədqiqatçılar hesab edirlər ki, bu iqlim dəyişiklikləri imperiyanın uzunmüddətli struktur zəifləməsinə təkan verən mühüm amillərdən biri olub.

"Biz iddia etmirik ki, Roma İmperiyasının süqutunun yeganə səbəbi iqlim idi. Ancaq indi məlum olur ki, bu soyuma dövrü əvvəl düşündüyümüzdən daha böyük təsirə malik olub. Bu, sadəcə fon deyil, hadisələrin gedişatını dəyişdirə biləcək güclü bir amil idi", ‒ deyə tədqiqatın müəlliflərindən biri qeyd edib.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 583 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 583 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 583 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 583 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 583 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 583 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 583 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 583 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 583 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 583 baxış
Seçilmişlər
icon