Tayvan hökumətindən gözlənilməz addım | İquanaların məhv edilmə səbəbi
Tayvan hakimiyyəti kənd təsərrüfatı sahələrinə ciddi ziyan vuran yaşıl iquanaların sayını azaltmaq üçün 120 min sürünəni məhv etməyi planlaşdırır.
Yaşıl iquanalar Mərkəzi Amerika və Qəraib hövzəsində yayılmış sürünənlərdir. Onlar Tayvana ekzotik ev heyvanları kimi gətirilib. Lakin bu sürünənləri ev şəraitində saxlamaq çətin olub, çünki onlar 2 metrə qədər böyüyə, 20 kiloqramadək çəkiyə çata və 20 ilə qədər ömür sürə bilirlər.
Təbiətə buraxılan iquanalar sürətlə çoxalıb və hazırda onların populyasiyası 200 minə çatır. Tayvanda bu sürünənlərin təbii düşmənlərinin olmaması kənd təsərrüfatı ərazilərində onların geniş yayılmasına və əkinləri yeməsinə şərait yaradıb.
Hakimiyyət orqanları əhalidən heyvanların məhv edilməsi üçün ən humanist üsul kimi balıqçılıq mizraqlarından istifadəni tövsiyə edirlər.
#Tayvan teqi istifadə olunub
