Təbii fəlakət canlar almağa davam edir | Baş nazirdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyada daşqın qurbanlarının sayı 214 nəfərə çatıb.
Baş nazir Pedro Sançes bildirib ki, onlarla sakin itkin düşüb.
O, hökumətin artıq hadisə yerində olan 2,5 min əsgərdən əlavə fəsadların aradan qaldırılması və axtarışlar üçün daha 5 min əsgər göndərdiyini bildirib.
Bildirək ki, oktyabrın 29-da İspaniyanı Dana qasırğası vurub. Həlak olanlar üçün ölkədə 3 günlük matəm elan olunub. Bir sıra tədbirlər, idman yarışları təxirə salınıb.
Bu arada, İspaniya kralı VI Filip güclü yağışlardan zərər çəkmiş Valensiyaya gedib. Burada onu qəzəbli yerli sakinlər qarşılayıblar. Onlar kralın üzərinə zibil, palçıq atıb və qatil şüarları səsləndiriblər.
Qeyd edək ki, yerli sakinlər İspaniya hakimiyyətinin ölkədə baş verən daşqınlar səbəbindən yaranmış fəlakətlə mübarizə üsulundan narazıdırlar.
#İspaniya teqi istifadə olunub
- Azərbaycan XİN İspaniyada baş verən qatar faciəsi ilə bağlı başsağlığı verib - Baku TV
- Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI
- Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
- İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI
- Madriddə minlərlə insan pensiya sisteminin özəlləşdirilməsinə qarşı çıxıb
