Pleyeri seçin:

Tələbə hər kəsi heyrətləndirdi | Meksika cəngəlliklərində əsrlər sonra tarixi kəşf

31 oktyabr 2024 428 baxış

Meksikanın cənub-şərqindəki Kampeçe əyalətində Valeriana adlandırılan nəhəng qədim Mayya şəhəri aşkar edilib.

Əsrlər boyu meşələrin dərinliyində gizlənən bu əsrarəngiz şəhər Tulan Universitetinin Arxeologiya fakültəsinin tələbəsi Luke Auld-Tomas tərəfindən kəşf edilib. O, internetdə araşdırma apardığı zaman bölgə ilə bağlı maraqlı məlumatlara rast gəlib və nəticədə təsadüfən bu nadir tapıntı ortaya çıxıb.

Komanda yoldaşları ilə birlikdə məlumatları arxeoloji üsullarla tədqiq edən Tomas başqalarının gözündən qaçırdığı qədim şəhərin izlərini ortaya çıxarmağı bacarıb.

Valeriana şəhəri Latın Amerikasındakı ən böyük Mayyanın mərkəzi olan Calakmuldan sonra ikinci ən böyük Mayya şəhəri hesab edilir. Məlumatlara görə, şəhərin əhalisi eramızın 750-850-ci illərində pik həddə çataraq 30-50 min nəfər təşkil edib. Həmçinin bu rəqəmin hazırda bölgədə yaşayan əhalinin sayından çox olduğu qeyd edilir.

Calakmul bölgəsindən təxminən 100 kilometr aralıda yerləşən Valeriana şəhəri Mayya nəsillərinin sıx şəkildə yaşadığı qədim Xpujil antik bölgəsinin əsas yoluna cəmi 15 dəqiqəlik piyada məsafədə olmasına baxmayaraq, yerli sakinlər ondan xəbərsiz olublar. Arxeoloqlar ümumilikdə üç fərqli ərazini tədqiq ediblər və nəticədə şəhər hüdudlarında müxtəlif ölçülərdə 6764 tikili aşkarlayıblar.

Kəşfi ilə tarixə düşən arxeoloq Tomas və tədqiqatın həmmüəllifi, professor Marsello Kanuto hesab edir ki, bu yeni tapıntı tropik bölgələrin “sivilizasiyaların öldüyü yer” olduğu tezisini dəyişə bilər.

“Dünyanın bir hissəsi zəngin və mürəkkəb mədəniyyətlərə ev sahibliyi edir”, – deyə M.Kanuto bu kəşfin əhəmiyyətini vurğulayıb.

Şəhərin tərk edilməsinə nəyin səbəb olduğu isə hələ ki tam şəkildə məlum deyil, lakin arxeoloqlar iqlim dəyişikliyinin bu məsələdə təsirli faktor ola biləcəyi qənaətindədirlər.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 428 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 428 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 428 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 428 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 428 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 428 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 428 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 428 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 428 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 428 baxış
Seçilmişlər
icon